Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu ay sevgini dadacaq 5 bürc
Tarix: 15-02-2023 | Saat: 11:36
Bölmə:Karusel / Qoroskop | çapa göndər



Fevral ayının sevilmə səbəblərindən biri də Sevgililər Günüdür.

Əgər hələ də sevgiliniz yoxdursa, məyus olmağa dəyməz. Budəfəki yazımızda məhz fevral ayında həyatının eşqi ilə rastlaşacaq bürcləri bir araya topladıq.

Astroloqların proqnozlarına əsasən, bu ay sevgini tapmaq şansı yüksək olan 5 bürcü təqdim edirik:

Buğa

Fevralın ilk yarısında sevgi ilə qarşılaşacaq birinci şanslı bürcümüz buğadır. Uzun müddətdir gözlədiyiniz məhəbbətin həyatınıza necə möcüzəvi şəkildə daxil olduğunu görəcəyiniz bu ay sizin üçün unudulmaz olacaq. Yeni birini tanımaq və ürəyinizin bütün qapılarını onun üzünə açmaq sizi həyəcanlandıracaq, nəticədə isə ay ərzində özünüzü xoşbəxt hiss edəcəksiniz. 

Dolça

Bir müddətdir şəxsi həyatınızda nə istədiyinizlə bağlı qərara gələ bilmədiyiniz proses sona çatır. Xüsusən də xeyli vaxtdır eşq həyatınızdan narazısınızsa, tezliklə vəziyyəti nəzarətə götürmək üçün hərəkətə keçəcəksiniz. Düşündüyünüz həmin insana addım atmaqdan çəkinməyin, şans sizinlədir!

Xərçəng


Emosional əhval-ruhiyyəsi ilə seçilən xərçənglər 2023-cü ilin ən romantik dövrlərindən birini yaşamağa hazırlaşır. Hələ sevgiliniz yoxdursa, tezliklə xəyallarınızdakı insanla tanış olacaqsınız. Qarşılaşdığınız bu şəxsdən utanmamalı və yaxınlaşmaq fürsətinizi əldən verməməlisiniz. Nağıllara mövzu olacaq bir sevgiyə hazır olun!

Əqrəb

Əgər yaxın dostunuzun uzun müddətdir sizə məsləhət gördüyü "o insan" indi sizi də həyəcanlandırırsa, deməli, romantika zəngləri sizin üçün çalır! Arada yaxın dostunuz olsa belə, hər hansı addım atmazdan əvvəl qarşınızdakı insanı yaxşı tanımağınızı tövsiyə edirik. Münasibətinizi bu yaxınlarda bitirmisinizsə, keçmiş sevgilinizlə romantik şam yeməyi gündəminizdə ola bilər.

Balıq

Romantika bu günlərdə həyatınızın ön sıralarında olacaq. Son vaxtlar həyatı nikbin və yeni perspektivdən izləmək əhval-ruhiyyəsindəsiniz. Bu ayın ilk 15 günündə venera və günəş sizə uğur gətirəcək, ürək qapılarınızı açıq saxladığınızdan əmin olun!





Xəbəri paylaş

2778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___