Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təbrizdə ölən körpənin meyiti ailəsinə verildi
Tarix: 24-01-2016 | Saat: 14:37
Bölmə:Karusel / Dünya / Fotogalereya | çapa göndər

Təbrizdə ölən körpənin meyiti ailəsinə verildi
Xəstəxanaya olan borcu imkanlı şəxslər ödəyiblər.

Təbrizdəki xəstəxanalardan birində vəfat edən Azərbaycan vətəndaşı, 10 aylıq Qorqud Dadaşzadənin meyiti artıq ailəsinə təhvil verilib.

Xəbəraz.az -ın Lent.az-a istinadən məlumatına görə, bu gün səhər saatlarında “Kudəkan” xəstəxanası körpənin meyitini ailəsinə verib. Gün ərzində Q.Dadaşzadənin cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, xəstəxana müalicə pulu tam ödənilmədiyi üçün körpənin meyitini ailəsinə təhvil vermirdi. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycandan bəzi imkanlı şəxslər ailəyə maddi yardım edib və onlar xəstəxanaya ödənişi tam həyata keçiriblər.

Onu da qeyd edək ki, xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. 10 aylıq Q. Dadaşzadə 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.


Xəbəri paylaş

6048 dəfə oxunub.

Digər xəbərlər
30-03-2017, 11:53 Tahir İmanov ata oldu

bütün xəbərlər
____ Instagram ___