Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Planşeti uşaqdan almaq üçün 6 səbəb
Tarix: 21-04-2016 | Saat: 17:17
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Planşeti uşaqdan almaq üçün 6 səbəb
Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə uşaqların əlində planşet, smartfon görmək heç də təəccüblü deyil.

Təəssüf ki, valideynlər kiçik yaşlardan uşaqların bu tip cihazlara öyrəşdirməyin nə qədər düzgün olub-olmadığı haqda az düşünürlər.

Əksəriyyətimiz belə hesab edir ki, texnologiya həyatımızın bir hissəsidir və uşaqlar da bundan istifadəni bilməli, geri qalmamalıdırlar. Ancaq uşaq psixoloqları və pediatrları bu fikirdə deyillər.

Siz əlbəttə ki, uşağınıza sinif yoldaşlarının qarşısında öyünsün deyə ən bahalı telefon ala bilərsiniz, amma yaxşı olardı ki, ona sadə, sadəcə əlaqə saxlamaq üçün telefon alasınız, bununla o heç də kimdənsə geri qalmayacaq.

Lap geri qalsa belə əvəzində digər sahələrdə daha yaxşı inkişaf etmiş olacaq. Hər halda qeyd etdiyimiz bu məsələ elmi təcrübələrlə əsaslanmışdır və Birləşmiş Ştatların ən məşhur uşaq həkimi Kris Rouen bu fikri təsdiqləyir.

O, müasir texnologiyanın (daha dəqiq desək, planşetin, smartfonun və kompüterin) uşaqların şəxsiyyətinə təsirini araşdırır, yeni-yeni tədqiqatlar aparır, müxtəlif sahələrdə uşaqlarla işləyən mütəxəssislərin fikirlərini toplayır.

K.Rouen apardığı tədqiqatlar nəticəsində bu tip cihazların uşaq orqanizminə təsiri və onların hansı fəsadlara gətirib çıxarması haqqında müəyyən qənaətə gəlib. Onun əksgöstəricilər siyahısını sizə təqdim edirik.

• Beynin düzgün işləməməsi

Doğulandan 21 yaşınadək insan beyni həcmcə 3 dəfə böyüyür, xüsusən də balacalarda bu proses daha intensiv gedir. Bu böyümə ətraf-mühitdə olan qıcıqlandırıcı faktorlar nəticəsində düzgün getməyə bilər. Elmi tədqiqatlar göstərib ki, uşaqların cihazlardan hədsiz çox istifadəsi onların beyin inkişafını ləngidir, həyəcanlılıq və impulsivlilik hissini artırır.

• Artıq çəki

Uşaq texnikaya nə qədər çox vaxt sərf edirsə, demək o qədər də az hərəkət edir. Bu da, erkən yaşlarda getdikcə piylənmə ilə nəticələnən artıq çəkinin yaranmasına səbəb olur. Nəticədə uşaqlarda şəkərli diabet, ürək çatışmazlığı və artıq çəki ilə bağlı digər xəstəliklər əmələ gəlir.

• Yuxusuzluq

Bəzi valideynər uşaqları planşetdə, kompüterdə nəyəsə baxa-baxa yatmağa qoyurlar. Alimlər sübut ediblər ki, elektron ekranların işıqları yuxunun gəlməsinə mane olur. Nəinki uşaqlara, eləcə də böyüklərə yatmamışdan 1 saat əvvəl elektron avadanlıqları söndürmək tövsiyə olunur. Əks halda yuxu qısamüddətli və narahat olur.

• Diqqət pozuntusu

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, 1-3 yaşdan etibarən intensiv surətdə televizora baxan uşaqlar artıq 7 yaşında nəsə öyrənmək qabiliyyətini tamamən itirirlər. Çünki televiziyada informasiya tez-tez dəyişir və bu səbəbdən uşaqlar elementar bir məsələnin üzərində fikirlərini cəmləyə bilmirlər.

• Aqressivlik

Heç kimə sirr deyil ki, videooyunların əksəriyyəti mübarizə, dava-dalaş mövzusu üzərində qurulub. Uşaq bu oyunları oynayanda onda qəddarlıq hissi yarana bilər və o, problemlərini aqressiya vasitəsilə həll etməyin daha yol verilən olduğnu düşünə bilər.

• Ünsiyyətin çətinləşməsi

Planşetdən, kompüterdən başqa “dostu” olmayan uşaqlar cəmiyyət arasında özünü rahat hiss etmir, canlı ünsiyyətdən qaçır, insanlarla ünsiyyətə girmə qabiliyyətini itirir, özünə qapanırlar. Bu da gələcək həyatında onlara çox böyük maneçilik törədir.



3208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___