Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəban ayının son günlərinin əməl və fəzilətləri
Tarix: 15-05-2018 | Saat: 15:04
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər



Şəban ayı bu qədər bərəkət və fəziləti ilə bizi tərk etməkdədir. Bu ayda nə qədər oruc tutmuşuq və nə qədər zikr etmişik - özümüz bilirik. Hər bir halda bu gözəl ay bizimlə vidalaşmaqdadır. Xoş olsun o insanların halına ki, yersiz və faydasız işlər görmək yerinə, özlərini bu bərəkətli aydan bəhrəndirirlər. Xoş olsun bu insanların halına ki, nurani Ramazan ayına hazırlaşırlar. (Tebyan)
 
Əgər indiyə qədər bu ayın fəzilətindən bəhrələnmək sizə nəsib olmamışdırsa, bu son günlərin feyzindən istifadə edin.
 
Əba Səlat Hərəvi deyir: “Şəban ayının axır günlərində, cümə günündə İmam Rzanın (ə) xidmətinə gəlmişdim. Həzrət (ə) buyurdu: “Ya Əba Səlat! Şəban ayının əksər hissəsi getmişdir. İndi cümə günü, ayın axırıdır. Səhlankarlıqlarını və təqsirlərini bu ayın qalmış hissəsində cubran et. Sənin üçün faydalı olana üz çevir. Çoxlu dua və istiğfar et. Quranı çox tilavət et. Günahlarına görə tövbə et, o zaman ki, Ramazan ayı daxil olacaq, özünü Allah üçün xalis etmiş olasan. Öhdəndə olan hər bir əmanəti əda et və hər kimin kini ürəyində varsa, çıxart. Yerinə yetirdiyin günahları tərk et. Allahdan qorx, aşkar və gizli məsələlərinə görə Allaha təvəkkül et. Allah ona kifayət edər. Bu ayın qalan hissəsində bu duanı çox oxu:
 
اَللّـهُمَّ اِنْ لَمْ تَکُنْ غَفَرْتَ لَنا فیما مَضی مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فیما بَقِی مِنْهُ
“Allahım, əgər Şəban ayının o hissəsində ki, günahlarımızı bağışlamamısan, qalan hissəsində bağışla. Allah Ramazan ayının ehtiram və əzəmətinə xatir bəndələrinin çoxunu Şəban ayında cəhənnəm atəşindən azad edər”””.
Şəban ayının son günlərinin fəziləti böyükdür. Əldən verməmiş, onun hər anınıdan faydalanmağa çalışaq. Əgər bu son günləri oruc tutub, Ramazan ayına birləşdirsək, iki ay dalbadal tutulan oruc savabına malik olarıq.
 
İmam Sadiq (ə) buyurur: “Hər kim Şəban ayının son üç gününü oruc tutar və Ramazan ayının orucuna birləşdirər, Allah iki ay dalabadal tutulan orucun savabını ona nəsib edər”.
Bundan başqa bu qalan günlərdə bacardığımız qədər salavat çevirək, Fərəc duasını oxuyaq, istiğfar edək ki, təmiz halda Ramazan ayına daxil ola bilək.
Bu ayda Şəbaniyə duasını oxumaq da çox məsləhət olunur. Məsum İmamlarımız (ə) hər Şəban ayında bu duanı oxuyardılar.
Rəhmətlik İmam (r) bu dua haqda buyurur: “Şəbaniyyə duası o dualardandır ki, əgər insan ardınca getsə və onun haqqında fikirləşsə, insan elə bir yerə çatdırar ki...”.
(deyerler.org)


Xəbəri paylaş

7718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___