Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağrıkəsici dərmanların ağır fəsadları: mədə, qaraciyər zədələnir...
Tarix: 21-11-2022 | Saat: 08:47
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



Müəyyən ağrılar zamanı ağrıkəsicilərin qəbul olunması halı geniş yayılıb. Doğrudur, ağrıkəsicilər orqanizmdə müəyyən müddət rahatlıq yaratsa da, onların həkim tövsiyəsi olmadan qəbul edilməsi böyük problemlər yarada bilər.

Təbii ki, ağrılar şiddətlənən zaman əlacsız qalıb ağrıkəsici qəbul olunması başadüşüləndir. Amma həmin preparatın qəbulundan sonra orqanizmə vuracağı zərərləri də düşünmək lazımdır.

Həkim-endokrinoloq Aynur Muxtarova dərmanların bu cür qəbul edilməsinin böyük problemlərə səbəb olacağından danışıb: "Təəssüf ki, apteklərdən reseptsiz halda ağrıkəsici almaq mümkündür. Bəzi hallarda ağrıkəsicilərdən istifadə xəstəliyi şiddətləndirir və ya yaxud xəstəliyi maskalayaraq onun daha da ağrılaşmasına aparıb çıxarır. Hətta bəzən mədə yaraları, mədə xoralarının əmələ gəlməsinə və yaxud mövcud xoraların qanamasına və ağırlaşmasına səbəb olur. Ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid iltihab əleyhinə dərmanlar qaraciyərdə ağır təsirlər qoyur".

Unutmaq olmaz ki, ağrıkəsicilər xəstəliyi müalicə etmir, sadəcə olaraq ağrını müəyyən müddət azaldır. Ona görə də hər dərdin çarəsini ağrıkəsicidə axtarmaq lazım deyil.







2008 dəfə oxunub.

Digər xəbərlər
07-12-2022
bütün xəbərlər
____ Instagram ___