Azərbaycan bankından 3,7 milyon manat oğurlamış dəstə ələ keçirildi - FOTO
Tarix: 25-07-2017 | Saat: 11:05
Bölmə:M / Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000 manatdan artıq vəsait oğurlanıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.
Fakt üzrə toplanılmış materiallar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa edilib.
Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində iyulun 23-də Azərbaycana ekstradisiya edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.
Xəbəri paylaş
6698 dəfə oxunub.
Digər xəbərlər

8-05-2023, 14:28
Külək, yağış, dolu - Sabahın havası
25-09-2018, 14:35
72 yaşlı müğənni bikinidə: Gənc qızları qısqandıran fotolar
9-05-2016, 15:03
Azərbaycan karateçiləri tarix yazdı
15-08-2017, 11:44
Bakıda hamilə qadın əri tərəfindən döyüldü
1-04-2019, 20:50
"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi
27-07-2018, 11:49
Quldurluq edən şəxs: "Sevgilimə söz vermişdim ki..."
11-02-2022, 12:00
“Azəristiliktəchizat” milyonlari necə havaya sovurub? – Yaşar Həsənovun bacısı oğlu, qaynı və…
13-01-2016, 12:46
“Günəşli”də həlak olanlar neftçilər anılır
9-02-2020, 10:01
AŞPA nümayəndə heyəti seçkiləri müşahidəyə başladı
1-07-2017, 16:48
Zakir Həsənov yeni inzibati binanın açılışında - Fotolar