Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"AUTİZM! insanlığın qorxunc bəlası" və ya "Həkimin gələcək nəsil üçün təlaşı".
Tarix: 13-11-2023 | Saat: 13:49
Bölmə:M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər


Hər bir gənc ailə qurulan zaman, böyüklərin xeyir-duasında, "ogullu-qızlı olun" eşitdik. 

Demək ailə yalnız iki 

ilnsanin ittifaqı deyil, gələcək nəsillərin təməlidir. Təməlin möhkəmliyi isə övladlardır. Övlad sağlam olmadığında sözün həqiqi mənasında ailənin kabusu başlayır. 

Qeyd etdiyim son fikir dəyərli həkim, gözəl qadın, mərhəmətli insan Yaqut həkimin qəlbindən qopan nidadır.

Yaqut həkim kimdir?

 Seyfullayeva Yaqut Akuf qızı 20 il öncə Azerbaycan Tibb Universitetinin pediatriya fakültəsini(psixiatrik) bitirib. Tələbəlik həyatından bir başa iş həyatına atılan Yaqut həkim, həkim kimi körpə xəstələrinin köməyinə çatmağa çalışmaqla yanaşı, onların ailələrinin acılarını illərdir çiyinlərində daşıyır. 

Yaqut xanım 4 saylı uşaq poliklinikasında çalışır. Eyni zamanda bir neçə poliklinikanın işinin öhdəsindən gəlir. Bu minvalla həkim gün içərisində 20-25 ailələrlə ünsiyyətdə olur, xəstə usaqlara baxır. 

Bəli, fiziki olaraq çox yorucu olsa da, Yaqut xanım yorğunluğundan deyil, mənəvi yorğunluğunun əzabını dilə gətirdi. 

Həkimin söylədiklərinə əsasən gün ərzində müraciət edən körpə pasientlərinin ən az  10-12- si AUTİZM  xəstəliyindən əziyyət çəkirlər. Qorxulusu da odur ki, nəyinki Azərbaycanda, tibbin inkişaf etdiyi dünya ölkələrində belə AUTİZM-in  müalicəsi mümkün olmadığını və  

dərindən köks ötürüb, "AUTİZM-i  "əsrin xəstəliyi"  adlandırmaq daha doğru olar"  deyə, təəssüflə vurğuladı.

Xəstəliyin nədən yaranma səbəblərini soruşduqda,  əsas səbəbin hələ də tibbə məlum olmaması,  qidalardan  qaynaqlandığı ehtimal olunduğunu bildirdi. Xəstəliyin müalicəsinin mümkünsüz olmasının əsas amili, uşaqların doğuşdan AUTZM-lə dünyaya gəlmələridir.

AUTİZM-dən əziyyət çəkən xəstə, yalnız psixatiristin müalicəsi altında  deyil, eyni zamanda loqoped və defektoloqun davamlı nəzarəti altında olmalıdır. 

Yaqut xanımla dərinləşən söhbətimizdə, həkimi təəssüfləndirən faktorlardan biri, bəlkə də ən əsası bu oldu ki, belə bir xəstəliyin dövlət tərəfindən yaradılmış mərkəzlərinin olmaması.

Bəli, AUTİZM mərkəzləri var. Lakin o mərkəzlər özəldir. Olduqca bahalıdır. Zəruri ehtiyaclarını anlayacaq bacarıq və vərdişləri yaratmaq, qismən belə olsa da xəstəni cəmiyyətə qazandırmaq üçün davamlı müalicə zəruri şərtdir. Qeyd etdiyimiz kimi, psixatiristin, loqopedin və defektoloqun nəzarəti altında aparılan müalicə şərtdir. 

Yaqut xanımla söhbət etdiyinizdə, gözlərindəki yorğunluğun, narahatlığın səbəbini dərindən dərk etməyə başladıq. Kənardan bir çoxu üçün bəlkə də sıradan görünən AUTİZM xəstəliyi millətin saglam gələcəyini tətikləyən acı həqiqətdir. 

İnanclı insan olan Yaqut həkim, hər gün yaşadığı acı reallığın gərginliyini, sağlam övladlara sahib olmasına şükür etməklə azaldır. 

Bəzən hər gün gözümüz önündə olan gercəkləri görməyə bəsirətimiz yetmir. Özümüzü bir dəfə olsun xəstə övladı olan ailənin yerinə qoyub, onların nələr yaşadıqlarını düşünmürük. Yaqut xanımın  belə ailələr barədə olduqca dəyərli fikirlər səsləndirdi.

"Xəstə uşaq doğulan ailədə ana gəncliyini, qadınlığını, gözəlliyini, qayğısını, ata gücünü, dik duruşunu, bacı-qardaşlar usaqluqlarını, qayğısızlıqlarını, sən gülüşlərini itirirlər" .

Gerçəkdən də bunca zaman fərqinə varmadığımız acı həqiqətləri, Yaqut həkim önümüzə sərdi.

AUTİZM xəstəliyi olan insanlardan hansı bir deyri-adi istedad gözləmək olar, sualımızla yenə də çox təəssüf doğuran cavab aldıq.

Dünyada AUTİZM xəstəsi olan xeyli sayda istedadlı insanlar var. Əsas odur ki, onları üzə çıxarıb, potensialından istifadə etmək lazımdır. Yuxarıda qeyd etdiyim kimi, belə xəstələr üçün dövlət tərəfindən yaradılmış mərkəzlər olarsa, davamlı aparılan müalicə onların bacarıq və istedadlarını göstərmələrinə şərait yaradar. 

Yaqut xanımla söhbətimi onun iş saatının sonuna müəyyənləşdirdim ki, söhbətimiz yarımçıq qalmasına. Buna baxmayaraq Yaqut xanımın qapısı önündə toplanan xəstələr səbəbilə söhbətimizi yarımçıq saxlamağa məcbur olduq. İş vaxtının başa çatmasına, yorğunluğuna

baxmayaraq, mehribanlıqla xəstələri qəbul edən Yaqut həkim, eyni nəzakətlə bizimlə söhbəti kəsməsi səbəbilə üzürxahlıq etdi. 

Söhbətimizin sonunda isə bunu söylədi. "İnsanın kim olması, hansı vəzifəyə sahib olması, cəmiyyətdəki mövqeyi, can sağlığına əvəz ola bilməz. Sağlığınızın dəyərini bilin və sağlam dünyaya gəlməniz səbəbilə Allaha şükürlər edin. Həyatı xoşbəxt  yaşamın tək düsturu, saglam övladlara sahib olmaqdır."

Yaqut həkimdən ayrıldıqdan sonra təkliyə çəkilib, söhbətimizin detallarını düşündüm. 

Bəzən düşünürük ki, biz çox böyük işlər görürük, ağlimızla, istedadımızla fəxr edirik və.s. Düşünürəm peşəsi ilə   fəxr etməyə həkimlərin, xüsusiylə Yaqut həkim kimi ruh aləminin "qaranlıq dalanlarıda azıb qalan" insanlara ümid olan həkimlərin daha çox haqqı çatır. 

Allah həkimlərimizin canına, adına zaval verməsin

Tarifə Maqsudova.



Xəbəri paylaş

1 7568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___