Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallıda 12 yaşlı qız zorlanıb? - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
Tarix: 18-04-2022 | Saat: 20:27
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Masallıda 12 yaşlı qız zorlanıb? - DİN-dən AÇIQLAMA (YENİLƏNİB-1)



DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı RPŞ-yə müraciət edib. Dərhal müvafiq araşdırmalara başlanılıb.
Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb.
***
16:42
Sosial şəbəkələrdə Masalı rayonunun Ərəb kəndində 12  yaşlı qızın 60 yaşlı qonşusu tərəfindən zorlandığı iddia olunurdu.  
Masallı rayon icra hakimiyyətinin ərazi üzrə icra nümayəndəsi Məhəmməd Yusifov  açıqlamasında bildirib ki, sözügedən iş Masallı rayon polis şöbəsində araşdırılıb:
“Məsələ polis tərəfindən araşdırıldı və fakt təsdiqini tapmayıb. Həmin iş artıq bağlanıb. 12 yaşlı qızı zorladığı iddia edilən 60 yaşlı kişi isə kənddə dindar insan kimi tanınır, özü də kərbəlayidir. Onun belə bir addım atması heç inandırıcı görünmürdü. Sadəcə olaraq onların qonşuluqda problemləri olub. Buna görə də görünür ki, belə bir məsələni ortaya atıblar”.








Xəbəri paylaş

3588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___