Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İsa peyğəmbərlə danışıram” deyəndən sonra çoxları Muğannanı dəli adlandırırdı (VİDEO)
Tarix: 12-06-2015 | Saat: 12:08
Bölmə:M / Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

"İsa peyğəmbərlə danışıram” deyəndən sonra çoxları Muğannanı dəli adlandırırdı (VİDEO)

Xalq yazıçısı İsa Muğannanın 87 yaşı tamam olur.

Xeberaz.az ın məlumatına görə, o kamilliyin ən uca zirvə olduğunu, əbədiyyatın əfsanə olmadığını ortaya qoydu və bizə idealı göstərdi. Nəsimi ucalığı ilə əsərlərində ölümsüzlüyü yaşadan ədib 87-ci baharında cismən bu dünyda olmasa da ruhən yenə də bizimlədir. İsa Muğanna sözün həqiqi mənasında dahi idi. Onu Azərbaycanın Dostoyevskisi adlandırırdılar. Amma kim olmasından asılı olmayaraq əlbəttə o ilk növbədə insan idi. Amma çoxlarından fərqli biri.

Xalq yazıçısı İsa Hüseynov öz adı ilə bağlı düşüncələrini belə dilə gətirmişdir:

"Mən planetdə yeganə adamam ki, İsa adının Ehsa olduğunu bilirəm. Bu isə mənim bütün ruhumu sarsıdır və qələmimə təsir edir. “Yanar ürəyin” təzə variantını yazırdım. Birdən səs eşitdim ki, nə yazırsan? Mən çox düşündüm, beynimdəki bu səs hardandır? Bir az keçdikdən sonra hiss etdim ki, bu səs uzaqdan gəlir. Yanımda adam olsaydı o səsi eşidərdi. Çünki, açıq səslə danışırdı. Sən demə bu Ehsa imiş”.

Dünya miqyaslı yazıçı Çingiz Aytmatov yazmağı İsa Hüseynovdan öyrəndiyini deyir. Lakin onun üçün ədəbiyyatda böyüklük prinsipi yox idi. İsa Hüseynov təkcə “Məhşəri” yazmayıb. “Qəbiristan”, “Cəhənnəm”, onun qələmindən çıxıb. Amma ömür vəfa etmədi o ən çox sevdiyi romanı “Türfəni” çap etdirə bilmədi. “Sirli adam” - o özünü elə bu cür də adlandırıdı və özü haqqında sadəcə belə deyirdi: “mənim içimi heç kim aça bilməz”.

“Tütək səsi"ndən başlayaraq öz yaradıcıllığını “Quru budaq”, “Saz”, “Doğma və yad adamlar”, “Faciə”, “Kollu koxa” kimi oxunan romanlarla davam etdirən müəllif Azərbaycan ədəbi mühitində gedən rəqabətlə o vaxtki rəqabət arasında böyük fərq olduğunu düşünürdü. Onu anlamaq asan deyildi.

“Məhşər ayağında insanın kamilliyi ilə nicat tapacağını” deyən yazıçı “göylərlə, İsa peyğəmbərlə danışıram” deyəndən sonra çoxları onu dəli adlandırırdı. Amma “ən böyük dahilər ən böyük dəlilərdir” deyə bir ifadə də var. İsa Hüseynov ədəbiyyat dəlisiydi. Əbədiyyəti də elə dahilər qazanırlar.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___