Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtovağzalın qarşısındakı yolda çökmə yenidən aktivləşdi
Tarix: 26-11-2015 | Saat: 12:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Avtovağzalın qarşısındakı yolda çökmə yenidən aktivləşdi

Nazirlik bildirib ki, yolun əsas hissəsində genişlənmə əmələ gəlib



“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatlarda müəyyən qədər genişlənmələr əmələ gəlib”.

Melumata gore Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda ərazidə çökmə prosesinin dinamikasında fəallaşma müşahidə olunur: “Çökmə prosesinin dinamikası tam olaraq dayanmayıb”.

Baş geoloq əlavə edib ki, çatların genişlənməsi, habelə çökmə prosesinin dinamikasının aktivləşməsi yağışların yağması nəticəsində baş verib: “Ərazidəki torpaq bir qədər çöküb. Ona görə də asfalt müəyyən qədər aşağı düşüb”.

Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri davam etdirilir: “Hələlik ərazidə su ötürücü qurğu quraşdırılmayıb. İstinad divarının dayanıqlığı bərpa olunandan sonra su ötürücü qurğu quraşdırılacaq”.


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___