Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Altı dəfə ərə gedən Seda Sayan neçə il evli qalıb?
Tarix: 22-03-2022 | Saat: 10:58
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Altı dəfə ərə gedən Seda Sayan  neçə il evli qalıb?

Xəbər verildiyi kimi, Türkiyənin tanınmış müğənnisi Seda Sayan aparıcısı olduğu "Sabahın sultanı" verilişində solist olan Çağlar Öktenin evlilik təklifinə "Hə" deyib.

Məlumata görə, özündən 25 yaş kiçik musiqiçi ilə nikah masasına oturacağını açıqlayan 59 yaşlı sənətçi “Uşağımın atası (Oğulcan Engin) istisna olmaqla, qalan evliliklərimi saymıram”, sözləri ilə yenidən gündəmə gəlib.

Keçmiş futbolçu Sinan Engin və Seda Sayan 1990-cı ildə ailə qurub, eyni ildə Oğulcan adını verdikləri oğulları dünyaya gəlib.

Məşhur cütlük 1995-ci ildə boşanıb. Proqram ortağı Çağlar Ökten ilə may ayında nikah bağlamağa hazırlaşan müğənni yeddinci evliliyindən əvvəl verdiyi açıqlamalarla diqqət çəkib və keçmiş münasibətləri də gündəmə gəlib.
Müğənninin Rıdvan Kılıç, Soner Yapcacık, Tuncay Kıratlı və Gökhan Şükürlə evliliyi bir ildən sonra bitib. Onur Şanla 2 il evli olan müğənninin Sinan Enginlə evliliyi isə 5 il sürüb..
 
 "Yaş fərqi önəmli deyil”
 
Ötən günlərdə '2. Səhifə” canlı yayımına telefonla bağlanan Seda Sayandan sevgilisi ilə arasında 25 yaş fərq olması məsələsinə belə cavab verib: “Yaş fərqinə aludə olanlara deyirəm; biz bunun fərqində deyilik, onlar da olmasınlar. Sevginin yaşı yoxdur. Ağıl yaşda deyil başdadır. Qarşımda sevgi duyduğum bir kişi var. Başqalarının 70 sevgilisi var, danışılmır, sən altı ərə dəgə gedirsən, danışılır. Bu, bizim vecimizə də deyil”.

Evlilik təklifinin necə gəldiyini izah edən müğənni isə bunları deyib: “Çağlar məni evlənməyə razı salmadı, mən onu razı saldım. Heç gözləmədiyim bir anda, Sevgililər günündə evlilik təklifi aldım. Çağların bu hərəkəti məni həm təəccübləndirdi, həm də duyğulandırdı. Ona görə də “sonsuza qədər “hə” dedim. Fevralın 14-də onun yanına getdim. Gecə bitəndə hamı getdi. Həmin gecə Çağlar diz çökərək evlilik təklifi etdi”.
 




Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___