İlham Əliyev: “Manatın devalvasiyası qaçılmaz idi“
Tarix: 23-12-2015 | Saat: 15:32
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
"Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq Azərbaycan inkişaf edir
Lakin neftin qiymətinin aşağı düməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə təsir edib".
"Report"un xəbərinə görə, bunu prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.
"Neft gəlirlərinin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq.
Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. ABŞ-da dollarla bağlı qəbul edilən son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Digər geosiyasi amillər də var.
Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayır, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə aşağı düşsün.
Şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq Azərbaycan bu vəziyyətdən əziyyət çəkir".
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

22-08-2021, 11:39
27 yaşlı azərbaycanlı müğənni 36,5 milyonluq evini göstərdi - FOTOlar
29-03-2020, 22:52
Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ
2-09-2020, 13:02
Tramp ermənini axmaq adlandırdı
11-05-2017, 17:30
DİQQƏT! Sabah 22 marşrutun istiqaməti dəyişdiriləcək - SİYAHI
25-02-2019, 15:31
Prezident: “Problemli kreditlərlə bağlı məsələ yaxın gələcəkdə öz həllini tapacaq”
19-05-2023, 12:56
Təsbeh çevirmək... sağlamlığı möhkəmləndirir. Təəccüblü faktlar
22-06-2015, 23:05
Dollar iki həftədə ən aşağı səviyyəyə düşdü
27-08-2015, 12:15
Tatlısəs azərbaycanlının səsinə heyran qaldı– VİDEO
14-09-2017, 14:28
Məhərrəm ayı başlayır - FƏTVA
3-08-2017, 16:06
Zaurla Günayın ailəsində xoş gün - FOTO