Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid oğlunun bu sözləri ürək parçaladı: "Azərbaycanda bir çox atanın qoymadığı sərvət qoydun"
Tarix: 22-03-2017 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şəhid oğlunun bu sözləri ürək parçaladı: "Azərbaycanda bir çox atanın qoymadığı sərvət qoydun"


Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, 2016-cı ildəki "Aprel döyüşləri"ndə qəhrəmancasına şəhid olan, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilən kəşfiyyatçı zabit Raquf Orucovun oğlu haqq dünyasındakı atasına müraciət ünvanlayıb.

"Xəbəraz.az "modern.az-a istinadən şəhid oğlunun martın 21-də atasına məktubunu təqdim edir:
"Son görüş, son vida... Bu gün bir çoxları üçün əziz bayram günü ola bilər, amma bir şəhid oğlu üçün belə deyil. Ötən il bu gün mən sonuncu dəfə atamla birgə bayram keçirdim, sonuncu dəfə onun üzünü gördüm.

Bu şəkil həmin gecənin xatirəsidir. Burada hamı xoşbəxtdir. Mən həmişə atamın həsrətini çəkirdim, bizim uşaqlığımız digər uşaqlardan fərqli olub. Hamı tətildə istirahətə gedəndə biz cəbhə bölgəsinə-atamızın yanına gedirdik. Haramı düzü, Murov dağları, Ağdam...
Təki atamızı görək. Orda da onunla çox vaxt keçirə bilmirdik. Çünki onun üçün önəmli, ali borc Vətənə xidmət idi.

Atamı yola saldığım ötən ilin bu gecəsindən sonra onun səsini bir daha eşitmədim. Əvvəl telefonuna zəng gəlmədi, sonra isə özü əbədiyyən Vətən torpağına qovuşdu.

Mən Vətən torpağını da qısqandım, çünki atam o torpaqları bizdən çox sevdi. Keçənilki şənlikdən evimizdə əsər-əlamət yoxdur. Evimizdə dərin bir səssizlik var. Heç vaxt pozulmayacaq bir səssizlik, sevinc evimizdən uzaq düşüb.

Ata, sən mənə bu dünyada maddi heç bir miras qoymadın, amma bəlkə də Azərbaycanda bir çox atanın qoymadığı bir sərvət qoydun - sadəcə Raquf Orucovun oğlu olmaq səadətini. Bu qürur, bu fəxarət mənə sənin bəxş etdiyin ən dəyərli xəzinədir. Başı dik gəzirəm - çünki sənin kimi haqqı qoruyan, şərəfli, amalı uğrunda ölməyi bacaran bir polkovnikin oğluyam!

Hər bir azərbaycanlı sənin adını fəxrlə, qürurla anır. Məhz buna görə sənin ruhun qarşısında baş əyirəm, cənab komandir. Biz sənin oğlun olmaqdan qürur duyuruq".



3858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___