Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayıla gedən avtobusların marşrutu dəyişdi - YENİ YOLLAR
Tarix: 03-06-2016 | Saat: 15:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bayıla gedən avtobusların marşrutu dəyişdi - YENİ YOLLAR
Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” yarışları ilə bağlı paytaxtın mərkəzinə doğru Cənub tərəfdən – Neftçilər prospekti-Azneft meydanı istiqamətində Bayıl qəsəbəsi, 20-ci sahə, Ələt-Astara-Salyan yolundan avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Lent.az-a açıqlamasında bildirib.

N.Allahyarova qeyd edib ki, “Formula-1” yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bağlanan yol əsasən Bayıl istiqamətindədir: “Bununla bağlı olaraq həmin istiqamətdə hərəkət edən “Baku Bus”-a məxsus 5 və 6 nömrəli marşrut xətləri və digər ümumi marşrut xətlərinin (124, 195, 88, 53) hərəkət istiqaməti dəyişir. Bu gündən həmin ictimai nəqliyyatların, eyni zamanda bütün nəqliyyat vasitələrinin hərəkət istiqaməti alternativ yollara keçir. Belə ki həmin avtomobillərin hərəkətləri Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri istiqamətinə təmin olunub”.

Qurum rəsmisi son olaraq sakinlərin nəzərinə çatdırıb ki, mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər, çünki həmin günlərdə o istiqamətlərdə sıx tıxac olacaq.

Qeyd edək ki, Bu il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunacaq Formula-1 Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.


Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___