Müharibə xəbərləri stresindən psixikanı necə qorumalı – Gündə 10 dəqiqədən çox olmaz
Tarix: 06-03-2022 | Saat: 14:56
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
4408 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-03-2022 | Saat: 14:56
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Hər gün müharibə, itki, pandemiya barədə xəbərləri oxuduqca özümüz də istəmədən sinis sistemimizi və beynimizi yükləyirik.
Çox insanlarda panik atak, təşviş, həyəcan, qorxular baş qaldırır.
Onlar bu hisslərlə nə edəcəklərini bilmirlər.
Psixoterapevt Yekaterina Sigitovanın bunlarla mübarizə üçün 5 sadə metodunu təqdim edir
Daxili həyəcan, gərginlik, vurnuxma, özünlə mübarizə, hər şeydən qorxmaq, gələcəyə ümidsizlik təşvişin əsas səbəbləridir.
Çox zaman təşviş bədən əlamətləri ilə də özünü göstərir.
Buna qarşı bir neçə sadə məşqlər var.
- Bədən aktivliyi, yüngül idman, məşq, aerobika
Evdə ən yüngül idman gimnastikası, boyun hərəkətləri, nəfəs texnikası, yoqa edə bilərsiz. Adicə oturub qalxmaq və sürətli gəzmək bədəndən həyəcan hormonlarını qovur.
Müntəzəm olaraq gündə 20 dəqiqə idman edin, qaçış, hovuz, masaj, ev işi, vanna qəbul etmək, mətbəxdə çalışmaq belə fikri yayındırır, bədəni aktivləşdirir
- Dəstəkləyici, sakitləşdirici sosial şəbəkələr, mövzular
İnstagram və youtubda sizi dəstəkləyə biləcək sosial əhatə, qruplar, forumlar tapın, fikirlərinizi bölüşün, sakitləşdirici, əhval qaldırıcı videolara baxın.
- Psixoloq dəstəyi, psixoterapiya
Ümumiyyətlə hər bir ailənin, hər bir şəxsin normal dönəmlərdə belə şəxsi psixoloqu olmalıdır. Xüsusilə indiki durumda peşəkar psixoloq dəstəyi vacibdir. Ən azı onlayn məsləhətlərlə özünüzü necə sakitləşdirməyi və resursunuzu düzgün istifadə etməyi öyrənəcəksiz. Təşviş fonunu azaltmaq üçün mütəxəssis dəstəyi vacibdir.
- Psixogigiyenaya əməl et
Bədənin gigiyenası, təmizliyi olduğu kimi psixikanın da gigiyenası var. Gündəlik xəbərlərə, saytlara, televizora səhər və axşam cəmi 30 dəqiqə vaxt ayırırsız. Qalan vaxt qətiyyən ora nəzər yetirməyin. Bütün ailənizə, yaxınlarınıza sizə gündəlik xəbərləri çatdırmamağı, müzakirə etməməyi tapşırın. Beyin nə qədər təşvişli söz görməsə, bir o qədər dünyadan arxayın olar.
- Adi su qəbulunu artırın.
Təşviş ağızda quruluq, hüceyrələrdə oksidativ stress yaradır. Belə olan halda maye tələbatı artır. Siz su sevməyə bilərsiz, amma stres dönəmində gündə 2 litr su içmək vacibdir.
Xəbəri paylaş
Digər xəbərlər
17-03-2018, 12:18
Şeyx bayram münasibətilə xalqı təbrik edib
18-02-2023, 11:26
Türkiyəli gəncin kədərli hekayəsi: Zəlzələ zamanı doğuldu, 24 il sonra dağıntılar altında qalaraq öldü
31-10-2015, 15:12
“AGBank” jurnalistlər üçün “açıq qapı günü” elan etdi
12-03-2015, 14:16
Rusiyalıları Donbasa müharibəyə belə yola salırlar – VİDEO
17-03-2016, 19:36
Nəsibə Zeynalovanın 100 illik yubileyi keçiriləcək VIDEO
12-08-2015, 20:41
Uşaqların sağlam girib, xəstə çıxdığı poliklinika
11-07-2018, 13:44
Gəncə qiyamçıları: biri anasını öldürüb, o biri Rusiyada oğurluq edib, digəri arvadını qətlə yetirib
8-07-2022, 12:39
Şəkidə traktor aşdı - 12 yaşlı uşaq və əmisi öldü
6-10-2018, 14:14
160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi
20-09-2017, 14:48
Faiq Ağayev Ədalət Şükürova ETİRAZ: “O, özü üçün danışa bilər” - VİDEO