Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncə qiyamçıları: biri anasını öldürüb, o biri Rusiyada oğurluq edib, digəri arvadını qətlə yetirib
Tarix: 11-07-2018 | Saat: 13:44
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Gəncədə dünən baş vermiş hadisələr Azərbaycan cəmiyyətində böyük rezonans doğurub. Sosial şəbəkələrdə iğtişaşların videogörüntüləri yayımlanıb.
Bu videokadrlara hətta ötəri baxış da kifayət edir ki, iğtişaşların iştirakçılarının sosial tərkibini müəyyən edəsən. Əksəriyyət etibarilə aksiyaya kriminal elementlər cəlb olunmuşdu.
Qəribə odur ki, talançılar küçəyə dini fanatizm bayrağı altında çıxmışdılar. Meydanda əsas şüar "Allahü Əkbər" və islamçıların digər çağırışları idi.
Xeberaz.az xəbər verir ki, virtualaz dünənki iğtişaşların gedişində hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarından maraqlı faktlar və təfərrüatlar əldə edə bilib.
Belə ki, şübhəlilərdən biri - 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısında durub və oğurluğa görə 1,5 il həbs cəzası alıb.

İkinci şübhəli Fərrux Qasımov da kriminal aləmin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-ci ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib.
Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır: "Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır".
Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.
Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.


Xəbəri paylaş

4808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___