Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“AGBank” jurnalistlər üçün “açıq qapı günü” elan etdi
Tarix: 31-10-2015 | Saat: 15:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“AGBank” jurnalistlər üçün “açıq qapı günü” elan etdi
Respublikamızda son bir ilin bank sektoru üçün elə də uğurlu olduğunu deyə bilmərik. Əksər banklar filiallarını, bir neçə bank isə tamamən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı

Bu çətin ərəfədə jurnalistlər üçün “açıq qapı günü” elan edən “AGBank” fəaliyyətlərinin əvvəlki kimi, hətta daha da artan istiqamətdə inkişaf etdiyini göstərmək istəyib.

Dəvət olunan media orqanları içərisində “Qafqazinfo” da olub və bankın səmimi və gülərüz personalı iş mühiti ilə daha yaxından tanış olmağımıza imkan yaradıb. Mütləq olaraq onu qeyd etməliyəm ki, həm əməkdaşlar, həm də əməkdaş və müştərilər arasında bankda xüsusi bir mədəni mühit formalaşıb. Bankda olduğumuz müddətdə bizə bələdçilik edən Marketinq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Günel Atakişiyeva bizi baş ofis ilə yaxından tanış edib. Müştəri Xidmətləri Departamentində həm fiziki, həm də hüquqi şəxslərə kömək göstərildiyi üçün zalın bir hissəsində hüquqi, digər hissəsində isə fiziki şəxslərə xidmət edən əməliyyatçılar oturub. Hüquqi şəxslərlə işləyən hər əməliyyatçı ayrı kabinetdə əyləşib.

Bankın strukturu ilə daha yaxından tanış olmaq üçün Müştəri Xidmətləri Departamentinin direktoru Səttar Əliyev ilə söhbətləşdik. Direktor artıq 12 ildir ki, “AGBank”da çalışdığını bildirib. O, əvvəlcə əməliyyatçı kimi fəaliyyətə başlayıb və zaman ötdükcə direktor vəzifəsinə kimi yüksəlib: “Bankın sadiq əməkdaşlarından biriyəm və bu imkanı mənə iş mühitimiz yaradıb. Bu binada baş ofisimiz yerləşir və demək olar ki, təzəlikcə köçmüşük. Burada fiziki və hüquqi şəxslərə kömək göstəririk və eyni zamanda ikinci mərtəbəmizdə kredit şöbəsi yerləşir. Mən hesab edirəm ki, artıq bir bank kimi müştərilərimizin etibarını qazana bilmişik. Bizimlə müştərilərimiz arasında hər zaman səmimi, dost mühiti var. Bu mühit bizim üçün çox rahatdır və bu günə kimi müştərilərimizlə aramızda hər hansı narazılıqlar yaşanmayıb. Elə müştərilərimiz var ki, balaca bir şirkətdən başlayıb və bizimlə birgə irəliləyərək bu gün artıq Azərbaycanda seçilən şirkət rəhbərlərindən biri olub. Kredit sistemi indi sərtləşsə də, bankımız yarandığı gündən hər bir müştərisinə xüsusi diqqət göstərir və ona yardımçı olmaq istəyir. Müştərilərimizin əsas hissəsi korparativ müştərilərdir. Bu, bizim üçün daha rahatdır. Bizdən əmək haqqı alan müştərilərimiz üçün proyektlərimiz olur və onlara verdiyimiz kreditlərin geri qaytarılmasında heç bir problem yaşamırıq. Yeni müştərilərimiz də var, ancaq əksər müştərilərimiz öz biznesini bizimlə başlayanlardır. Səhmdarların sentyabr ayında keçirilən ümumi yığıncağında kapitalın artırılmasına qərar verilib və bu, bir başa bankın irəliləyişinə təkan verəcək”.
“AGBank” jurnalistlər üçün “açıq qapı günü” elan etdi



Direktor onu da bildirib ki, son aylarda bir çox banklar vəziyyəti optimallaşdırmaq üçün filialları bağladığı təqdirdə “AGBank” yeni filialını müştərilərinin xidmətinə verəcək: “Artıq bizim yeni Səbail filialımız açılır. Bu, sayca 24-cü filialdır. Müştərilərin təlabatlarını nəzərə alaraq bu qərara gəlmişik. Bir müddət öncə isə bank xidmətlərindən istifadədə operativliyi və rahatlığı təmin etmək üçün bankda “internet banking” sistemini tətbiq etmişdik. Bu xidmət sayəsində bir sıra bank

əməliyyatlarını banka gəlmədən, istər evdə, istər iş yerində olarkən həyata keçirmək mümkündür. Son dövrlər Azərbaycanda Foreks bazarına artan maraq, ortaya banklar kimi yeni oyunçuları çıxardı. Mövcud bazarın fəal iştirakçılarından biri də AGBank oldu. “AGBank Forex”-də ticarət həftənin 5 günü 24 saat ərzində aparılır. Ticarətə yeni başlayanlar üçün bu sahədə, bankın mütəxəssisləri tərəfindən ödənişsiz tədris kursları da təşkil olunur.

Söhbətimizin sonunda Səttar bəy hər bir müştərinin dəyərli olduğunu vurğuladı: “Bizim müştərilərimiz arasında nə vaxtsa kiçik biznes ilə başlayıb bu gün Azərbaycan bazarında öz yerini tutmuş böyük şirkətlər var. Keçmişindən, gələcəyindən, vəzifəsindən və ya yaşından asılı olmadan hər bir müştəri bizim üçün önəmlidir. Bəli, çox sayda müştərisi olan VİP şöbəmiz də var, lakin qoy bu sizdə tərəddüd yaratmasın, biz müştərilərimiz arasında fərq qoymuruq. Belə ki, VİP şöbəmiz xidmət növləri ilə seçilir, şöbənin müştərilərinə fərqli münasibəti ilə deyil. Münasibət, hörmət, etimad bu qapıdan içəri daxil olan hər bir şəxsə qarşı eynidir”.

Səttar bəylə sağollaşıb bankla tanışlığa davam edirik. Hər növbəti qapının açılmasını gözləyəndə artıq buranın bank olduğuna daha əmin olurduq. Necə deyərlər, bankda gəzmək heç də asan məsələ deyil. Təhlükəsizlik sistemi o qədər güclüdür ki, kənar şəxs icazəsi olmasa içəri keçməsi mümkün deyil. Əməkdaşlar arasındakı iş mühitini daha yaxından öyrənmək üçün Müştəri Xidmətləri Departamentinin böyük mütəxəssisi Rüfət Səbziyevə yaxınlaşırıq. R. Səbziyev bank əməkdaşlarının uğurunu komanda işində görür: “2011-ci ildən bu müəssisənin əməkdaşlarından biriyəm. Bir işçi kimi onu deyə bilərəm ki, bizim əsas fərqləndirici özəlliyimiz komanda şəkilində çalışmağımızdır. Müştərilərə yüksək səviyyədə xidmət göstərmək naminə əməkdaşlar arasında daima köməkləşmə və bağlantı mövcuddur. Hər hansı problemi birlikdə həll etməyə çalışırıq. İşçilərimiz həm karyera, həm də vəzifə baxımından hər ötən gün daha da inkişaf edir”.
“AGBank” jurnalistlər üçün “açıq qapı günü” elan etdi



Bank əməkdaşları ilə söhbətləşdikdən sonra qalxırıq ikinci mərtəbəyə, yəni kredit şöbəsinə. Son illər əhalinin kredit almasında lazım olan meyarların sərtləşdiyini nəzərə alsaq, bu şöbədə bankdan kredit almaq istəyən oxuyucularımızın müəyyən suallarına cavab ala bilərik. Müştəri Xidmətləri Departamentinin direktor müavini Rumiyyə Məmmədova banka kredit almaq üçün yaxınlaşan müştərilərin ilk növbədə kredit tarixçələrinə baxdıqlarını bildirib: “Müştərinin əgər kredit tarixçəsi yaxşıdırsa, digər sənədlərini analiz etməyə başlayırıq. Son olaraq sənədləri Kredit Komitəsinə təqdim edirik və orada qərar qəbul olunur. Bu biznes kreditlərinə aiddir. İstehlak kreditlərinə gəlincə isə kredit mütəxəssisi özü də qərar qəbul edə bilər. Məbləğdən və kreditin növündən, skorinqin nəticələrindən asılı olaraq krediti bir saat içində də rəsmiləşdirmək mümkündür.

Əgər müştərinin kredit ödənişində 60 gündən çox gecikmə yaranarsa, biz onu Problemli Kreditlərin Idarə Edilməsi Departamentinə təhvil veririk. Ümumilikdə isə kreditin 30 gündən çox ödənilməməsi artıq gecikmə sayılır. Gecikmə olduğu zaman gecikmənin səbəbləri ilə maraqlanırıq. Əmək haqlarının vaxtında verilməməsi və digər bu kimi səbəblərdən dolayı yubanma ola bilər. Bu kimi halları nəzərə alırıq”.

Gələcək karyerasını AGBank-da qurmaq istəyənlər üçün onu da qeyd edək ki, bankın saytında hər zaman vakansiyalar yenilənir və hazırda da mövcud vakansiyalar ilə agbank.az saytında tanış ola bilərsiniz. İnsan Resursları departamentinin direktoru İlqar Musabalıyev namizədlər üçün bankın qoyduğu əsas tələblərdən danışdı. O bildirdi ki, “AGBank” işə qəbul üçün yaş, din, milliyyət və s. kimi şəxsi keyfiyyətlərə görə tələb irəli sürmür: “İşə qəbul prosesində şəffaflıq çox önəmlidir. Ən başdan biz bankın rəhbər və adi işçiləri üçün meyarlar müəyyən etmişik və seçimlərimizi bu meyarlara görə edirik. Seçim prosesimiz bir neçə etapdan ibarətdir. Vəzifənin səlahiyyətindən asılı olaraq bu etaplar dəyişə bilər. Əvvəlcə elan veririk və çalışırıq ki, tələb olunan hər bir şeyi aydın şəkildə elanda qeyd edək. Tələblərə uyğun olduqlarını düşünən şəxslər CV-lərini göndərir və ilkin filtirləmə əməliyyatı həyata keçirərək uyğun namizədləri müəyyən edib testə, müsahibəyə və digər etaplara dəvət edirik. Azərbaycanda biz ilk yerli təşkilatıq ki, işçi qəbulunda beynəlxalq təcrübə olan qiymətləndirmə mərkəzi (Assessment Center) metodundan, təşkilatın əsas meyarlarına uyğunlaşdıraraq istifadə edirik. Bütün əməkdaşlarla əmək müqaviləsi bağlayırıq. Bizdə də 3 aya qədər sınaq müddəti var. Ancaq bu vaxt ərzində həmin şəxslərlə müqavilə də bağlanır, maaşları da normal şəkildə ödənilir. Sınaq müddətində olan şəxslə digər işçilər arasında bircə fərq odur ki, həmin müddət ərzində işçi və ya işəgötürən bir-birlərini qane etmirsə, hər biri 3 gün öncədən xəbər etməklə əmək müqaviləsinə xitam verə bilər. Bizim 20 yaşlı əməkdaşımız da var, 60 yaşlı da. Çalışırıq ki, işə qəbul üçün real tələblər irəli sürək. İndi hər şey bacarıqdan və savaddan asılıdır. Bundan başqa, biz yay aylarında təcrübə proqramları elən edirik. Seçimlərimiz çox sərt olur. Bu il 500 müraciətdən 2 nəfər proqrama qəbul olunub. Ancaq bilirik ki, bu 2 nəfər qısa bir zamanda mütəxəssis olacaq, Bankımızda tam potensiallarını istifadə etməklə fəaliyyət göstərə biləcəklər”.

Toya gedən yol ipotekadan keçirsə, ipotekaya gedən yol da “AGBank”dan keçir. Bunu mən yox, bankın son bir neçə ildəki göstəriciləri və bu sahədəki birinciliyi deyir. Bunun üçün son olaraq bankın Elmlər filialında ipoteka şərtləri ilə tanış olduq. Filial direktoru Rüfət Allahverdiyev bildirdi ki, “AGBank” müştərilərinə ən rahat ipoteka verən banklardan biri, bəlkə də birincisidir: “Respublikada ən tez və rahat ipoteka verən bank kimi tanınırıq. Bir həftə ərzində bütün işlər yekunlaşır və müştərilər üçün ipoteka krediti rəsmiləşir. Bu ilki ipoteka portfelimiz 47-48 milyon manat təşkil edir. Məqsədimiz bu rəqəmi ilin sonunda 50 milyona çatdırmaqdır. Müştərilərimizə həm adi, həm də güzəştli ipoteka şərtləri təqdim edirik. Heç bir müraciət diqqətsiz qalmır.

Yeni ildən İpoteka kreditlərinin verilməsi şərtlərində müəyyən dəyişikliklər gözlənilir. Həmin dəyişikliklər ipoteka kreditlərinin şərtlərini daha da sadələşdirmək məqsədini daşıyır. Kredit kimi təklif olunan məbləğin artırılması, kredit faizinin aşağı salınması və bir sıra başqa təkliflər gündəmdədir. Bununla bağlı Azərbaycan İpoteka Fondu tərəfindən müəyyən layihələr hazırlanır.


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___