Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi
Tarix: 06-10-2018 | Saat: 14:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bu dəqiqələrdə Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi törədilib.

Xeberaz .Az bildirir ki, ölkə.az-ın hadisə yerindən verdiyi məlumata görə, 160 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı "Lada" markalı avtomobillə toqquşub. 

Nəticədə minik avtomobili yarasız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polis İdarəsi əməkdaşları gəliblər.

Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəçad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, bu, son bir həftə ərzində 160 saylı marşurut tərəfindən törədilən ikinci qəza hadisəsidir. 

Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşurut avtobusu ilə qatar toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 34 nəfər isə yaralanıb.



Xəbəri paylaş

4138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___