Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda polkovnik maşını “Kalaşnikov”la atəşə tutdu + FOTO
Tarix: 18-12-2021 | Saat: 12:09
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda polkovnik maşını “Kalaşnikov”la atəşə tutdu - YENİLƏNİB + FOTO


AA

Bakıda avtomobilə odlu silahdan atəş açılıb.
Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyi Sabunçu rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan AKMS markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Araşdırma aparılır.










Xəbəri paylaş

3638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___