Xəzərdə 44 gəmi və 6 helikopterlə axtarış davam edir - FOTO
Tarix: 18-12-2016 | Saat: 12:34
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il sərəncamına əsasən yaradılmış Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunaraq, axtarış-xilasetmə sektorları müəyyən edilib və qeyd olunan plana uyğun olaraq tədbirlər həyata keçirilməsi təmin edilməkdədir.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir.
Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir.
Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb.
Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

10-04-2021, 12:38
Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev
26-05-2022, 09:56
Hacı Nuranla şəkil çəkdirənlər niyə ölür? - Özü açıqladı - VİDEO
2-10-2016, 01:16
Telekanallarının yayımına qadağa qoyuldu
15-05-2016, 20:13
Gəncə də 36 yaşlı kişini bıçaqladılar
13-02-2019, 15:21
58 yaşlı kişi itkin düşüb-Ağcabədidə
9-07-2019, 13:21
“Şou yaratmaq istəyirlər” - Oktay Əsədov
10-03-2016, 17:19
Hamımız bir-birimizə bağlıyıq
27-01-2018, 12:46
26 sm hündürlükdə qar-Azərbaycanda FAKTİKİ HAVA
20-05-2016, 18:28
Rafiq Camalov 7 kilo narkotiklə həbs edildi
16-08-2015, 14:37
Atəşkəs yenidən pozulub- 143 dəfə