“Günəşli” yatağında yanğınsöndürmə işlərinə cəlb olunan gəminin kapitanı vəfat etdi - FOTOLAR
Tarix: 08-12-2015 | Saat: 15:25
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-9” yanğınsöndürmə gəmisinin kapitanı vəfat edib.
Xeberaz.az xəbər verir ki, bu barədə məlumatı FHN yayıb.
Belə ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb.
İki övladı var. ALLAH RƏHMƏT ELƏSİN
Xəbəri paylaş
8228 dəfə oxunub.
Digər xəbərlər

19-05-2016, 09:41
Prezident Yardımlıya icra başçısı təyin etdi - Sərəncam
30-12-2017, 14:36
Yeni il bayramında hava necə olacaq?
28-05-2022, 10:30
Cərrahiyyə kafedra müdiri vəzifə yüksəlişi üçün 150 min manatı necə ərsəyə gətirib?
30-11-2015, 16:10
Putin Ərdoğanla görüşdən imtina etdi
12-11-2018, 13:29
Qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
1-07-2015, 21:23
Arvadını və qardaşı qızını güllələdi – DƏHŞƏT
5-06-2017, 22:11
Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü olub
14-08-2021, 10:57
Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatdı