Quba-Bakı reysi üzrə sərnişin avtobuslarında süni qiymət artımı müşahidə edilir. Belə ki, Qubadan Bakıya Tarif Şurası tərəfindən biletin qiyməti 4 manat müəyyən edildiyi halda daşıyıcı şirkət tərəfindən sərnişinlərdən 5 manat tələb olunur. Ən maraqlısı isə odur ki, bu hal yalnız günün birinci yarışı müşahidə olunur.
Məsələni dəqiqləşdirməkdən ötrü sərnişin qismində Quba-Bakı avtobusuna yaxınlaşdıq....
Sürücünün bizim dediyi şirkət Uğurlu Yol MMC-dir. Araşdırmamız nəticəsində o da məlum oldu ki, Quba-Bakı reysi üzrə sərnişin daşımanı 2 şirkət həyata keçirir. Günün birinci yarısı yəni süni qiymət artımı ilə Uğurlu Yol MMC, günün ikinci yarısı isə digər şirkət xidmət göstərir. Maraqlısı odur ki, Ugurlu Yolun yolçuları bu qanunsuz fəaliyyətlərini elə uğurla həyata keçirirlər ki, heç Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsinin əməkdaşları belə bundan xəbərsizdirlər. Hər halda qurumun rəsmisi belə deyir.
Məlumat üçün bildirək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Regional Şöbəsi Quba Avtovağzalının inzibati binasında yerləşir. Qurumun əməkdaşları sadəcə fəaliyyət göstərdikləri otağın pəncərəsindən boylanmaqla qanunsuz fəaliyyəti aşkar edə bilərlər. Təbiki istəsələr...Daha oturub şikayətçi vətəndaş yolunu gözləməzlər..Digər tərəfdən isə görünür qurum əməkdaşları unudublar ki, onlar həm də nəzarət funksiyasını həyata keçirmək səlahiyətindədirlər.
Real Tv-nin hazırladığı sujeti təqdim edirik:
Sərnişindaşımada süni qiymət artımı - 5 manat tələb olunur - VİDEO
Tarix: 17-12-2021 | Saat: 09:08
Bölmə:Karusel / İqtisadiyyat / Xəbəraz TV | çapa göndər
3 7968 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-12-2021 | Saat: 09:08
Bölmə:Karusel / İqtisadiyyat / Xəbəraz TV | çapa göndər
Digər xəbərlər
22-06-2018, 19:43
Novruz Məmmədov: "Azərbaycana qarşı bəzən kiçik bir hadisə ilə bağlı Qərb mətbuatında aylarla yazılar dərc olunur"
28-06-2016, 15:59
Kredit borcuna görə həbs cəzası qadağan edilib
16-04-2016, 21:18
Döyüş meydanında azərbaycanlı hərbçinin meyiti tapıldı - Yenilənib
28-05-2016, 13:35
Qarailanın ölüm xəbəri çıxdı: təbriklər yazılır
5-06-2017, 15:08
Məşhur müğənni ilə gəlini arasında ev davası - “Çıxsın, uşağı isə…”
11-10-2017, 10:45
Azərbaycanda faciəvi sevgi dramı: qız özünü qayadan atdı - TƏFƏRRÜAT
22-03-2015, 00:01
Bürclərin xususiyyətləri oxumağa dəyər
4-03-2019, 15:50
"Onlar xanım yox, fahişədirlər" -Nadir