Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gevorq Manukyan: Sizin prezidentinizin hərəkəti mənim çox xoşuma gəldi – VİDEO
Tarix: 01-07-2015 | Saat: 16:04
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Gevorq Manukyan: Sizin prezidentinizin hərəkəti mənim çox xoşuma gəldi – VİDEO
“Bu, mənim üçün böyük şərəfdir”.

Dünən Aznetdə Azərbaycan Prezidenti İlham Əliyevin birinci Avropa Oyunlarının 91 kq çəki kateqoriyasında qalib boksçuları mükafatlandırma mərasimindən kadrlar yayılıb.

Qaliblər arasında erməni mənşəli ukraynalı idmançı Gevorq Manukyan da var idi. Mərasimdə onun adı elan olunan zaman tamaşaçılar erməni idmançını fitə basıblar. İlham Əliyev jest ilə azarkeşlərdən boksçunu fitə basmamağı istəyib, bundan sonra zal alqışa başlayıb.

Prezident tamaşaçılara anlayışa görə təşəkkür edib.

Xeberaz.az Gevorq Manukyanın Vesti.Az-a verdiyi müsahibəni təqdim edir:

- Bakıda keçirilən Birinci Avropa Oyunları barədə təəssüratlarınız necədir?

- Çox pozitiv təəssüratlarım var. Avropa Oyunlarını çox bəyəndim. Hər şey gözəl idi. Təşkilatçılıq da yüksək səviyyədə idi.

- Avropa Oyunları zamanı aldığınız və sizə azərbaycanlı boksçu Abdulqadir Abdullayev ilə görüşə çıxmağa mane olan zədə sağaldımı?

- Bəli, sağaldı, bu, kiçik zədə idi.

- Əgər zədəniz olmasaydı, siz qələbəyə olan şansınızı necə qiymətləndirərdiniz?

- Aldığım zədəyə qədər çox yaxşı formada idim. Dörd görüş keçirdim, hamısında qələbə qazandım. Sizin sualınıza cavab vermək çətindir, qələbəyə olan şansımı qiymətləndirmək mənim üçün mürəkkəbdir.

- Bakının küçələrində gəzməyi çatdırdınız?

- Bakını çox bəyəndim. Bura çox gözəl şəhərdir, bir az çox gəzmək və onun gözəlliklərindən həzz almaq istərdim, amma ilk olaraq bura Avropa Oyunlarında iştirak etmək üçün gəlmişdim və çox vaxt Atletlər kəndində olurdum. Şəhərə çıxmağa vaxtım çox deyildi. Məni Bakıda çox yaxşı qarşıladılar, heç bir iradım yoxdur.

Bayraq meydanını çox bəyəndim. Mənə məlum olduğu qədər burada quraşdırılan bayrağın uzunluğu 70 metr, eni isə 35 metrdir. Bu çox gözəl bayraqdır və Bakı sahili də gözəldir. Bakı qeyri-adi şəhərdir, burada köhnə tikililər ilə yeni tikililər qonşudur.

- Mükafatlandırma mərasimində tamaşaçılar sizi əvvəl fitə basdılar. Bu barədə fikrinizi bilmək istərdim...

- Hər şey yaxşı keçdi. Mən buna elə də fikir vermədim. Sizin prezidentinizin hərəkəti çox xoşuma gəldi. O yaxşı adamdır. O mənim əlimi sıxdı, afərin dedi və uğurlar arzuladı. Məndə onun haqqında yaxşı fikir yarandı. Mənə mükafatı Azərbaycan prezidentinin verməyi böyük şərəfdir.

- Siz yəqin ki, Azərbaycan və sizin tarixi vətəniniz Ermənistan arasında Dağlıq Qarabağa görə müharibənin getdiyini bilirsiniz. Azərbaycanın 20% ərazisi işğal edilib, 1 milyon azərbaycanlı qaçqındır. Azərbaycanlı tamaşaçıların “yan” sonluqlu familiyaya olan reaksiyaları bununla əlaqədar idi...

- Mən bu münaqişə barəsində eşitmişəm. Bilirəm ki, müharibə gedir, amma bununla maraqlanmıram.

- Siz Bakıda gəzinti zamanı yerli əhali ilə ünsiyyətdə olmusunuz?

- Bəli, olmuşam. Bəlkə onlar mənim erməni köklərim barədə bilsəydilər, mənimlə elə ünsiyyət qurmazdılar. Amma əgər ümumilikdə desək azərbaycanlılar çox ünsiyyətcil və qonaqpərvərdirlər.

- Əgər imkan olsa Bakıya idman yarışlarında iştirak etmək üçün yenə gələcəksiniz?

- Böyük məmnuniyyətlə. Burda hər şey çox xoşuma gəldi. Mən hətta Azərbaycanın boks üzrə yığması arasında yeni tanışlar da tapdım.
[media=https://youtu.be/JAVnCpk10mc]


Xəbəri paylaş

6168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___