Ana Sayfa > Karusel / İqtisadiyyat / Xəbəraz TV > Sərnişindaşımada süni qiymət artımı - 5 manat tələb olunur - VİDEO

Sərnişindaşımada süni qiymət artımı - 5 manat tələb olunur - VİDEO


17-12-2021, 09:08. Yazar: Xeberaz


Quba-Bakı reysi üzrə sərnişin avtobuslarında süni qiymət artımı müşahidə edilir. Belə ki, Qubadan Bakıya Tarif Şurası tərəfindən biletin qiyməti 4 manat müəyyən edildiyi halda daşıyıcı şirkət tərəfindən sərnişinlərdən 5 manat tələb olunur. Ən maraqlısı isə odur ki, bu hal yalnız günün birinci yarışı müşahidə olunur.
Məsələni dəqiqləşdirməkdən ötrü sərnişin qismində Quba-Bakı avtobusuna yaxınlaşdıq....
Sürücünün bizim dediyi şirkət Uğurlu Yol MMC-dir. Araşdırmamız nəticəsində o da məlum oldu ki, Quba-Bakı reysi üzrə sərnişin daşımanı 2 şirkət həyata keçirir. Günün birinci yarısı yəni süni qiymət artımı ilə Uğurlu Yol MMC, günün ikinci yarısı isə digər şirkət xidmət göstərir. Maraqlısı odur ki, Ugurlu Yolun yolçuları bu qanunsuz fəaliyyətlərini elə uğurla həyata keçirirlər ki, heç Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsinin əməkdaşları belə bundan xəbərsizdirlər. Hər halda qurumun rəsmisi belə deyir.
Məlumat üçün bildirək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Regional Şöbəsi Quba Avtovağzalının inzibati binasında yerləşir. Qurumun əməkdaşları sadəcə fəaliyyət göstərdikləri otağın pəncərəsindən boylanmaqla qanunsuz fəaliyyəti aşkar edə bilərlər. Təbiki istəsələr...Daha oturub şikayətçi vətəndaş yolunu gözləməzlər..Digər tərəfdən isə görünür qurum əməkdaşları unudublar ki, onlar həm də nəzarət funksiyasını həyata keçirmək səlahiyətindədirlər.
Real Tv-nin hazırladığı sujeti təqdim edirik:



Geri dön