Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın ən bahalı qoyunu: 750 quzu "ata"sının “WhatsApp” qrupu da var
Tarix: 31-10-2021 | Saat: 11:12
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər

Dünyanın ən bahalı qoyunu: 750 quzu "ata"sının “WhatsApp” qrupu da var




Beynəlxalq miqyasda tanınan “Double Diamond” adlı heyvan dünyanın ən bahalı qoyunu adına sahibdir. O, 750 quzuya "ata"lıq edəcək.
Şotlandiyanın Lanark şəhərində keçirilən “Scottish National Texel Sale”də Double Diamond adlı qoyun 367 min 500 sterlinqə (təxminən 861 000 manat) satılaraq dünyanın ən bahalı qoyunu olub.           
Üç alıcının ortaq aldığı heyvan beynəlxalq reputasiyaya malikdir və çoxlarının marağındadır. Çoxalma mövsümündə aktiv olan qoyunun bu dövrdə rahatlığa ehtiyacı var. Uğurlu cütləşmə dövründə təxminən 750 quzunun doğulmasında rol oynayır.


Məlumata görə, Doublenin atası da prestijli qoyunlardanolub. Double Diamond 11 aylıq olarkən atasını kölgədə qoyub.
Çəkisi 120 kiloqram olan Doublenin uzunluğu 1 metrdir. Bahalı qoyun ilin bir hissəsini İngiltərədə, digər hissəsini isə Şotlandiyada keçirir. Amma qoyunun yaşadığı ünvan təhlükəsizlik baxımından gizli saxlanılır.
Double Diamond sahibləri çox xoşbəxtdirlər. Onlar bunu "gördüyümüz ən gözəl şey" adlandırırlar. 5 ay əvvəl rekord qiymətə aldıqları qoyunlarından razı qalan fermerlər qoyunlarına yaxşı baxırlar. Onun yunu üçün xüsusi boya, ayaqları və başı üçün isə “ağardırıcı” şampunu var.
Sahibkarlar hər il adambaşına 250 baş quzu alır. Onların hamısının atası Diamond olacaq. Onun quzuları 2022-ci ilin fevralında doğulacaq. Fermerlər hər il quzulara eyni hərflə başlayan adlar verirlər. Keçən il D ilə başlayan adlar verildi, 2022-ci ilin fevral ayında doğulan balalara isə E ilə başlayan adlar veriləcək.

Nüfuzuna, statusuna və heyrətamiz dəyərinə baxmayaraq, Double Diamond çox təvazökar bir həyat yaşayır. O, gününün çox hissəsini fikirləşməklə keçirir. Qışda saman və qoyun yemi, yayda isə ot yeyir. Onun şampunları istisna olmaqla, digər heyvanlardan heç bir fərqi yoxdur.
Amma onu da deyək ki, bu qoyunun digərlərindən fərqləndirən daha bir üstünlüyü də var. Belə ki, onun “WhatsApp” qrupu da var. Diamonda sahibkarlıq edən fermerlər “WhatsApp” qrupu açaraq bahalı qoyunla bağlı baş verənləri burada müzakirə edirlər. Qrupun adı "Double Diamond"dur.
 
 
 
 
 
 
 
 






Xəbəri paylaş

4418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___