Bakıda məktəbdə uşaq manyakı axtarışna başlandı
Tarix: 15-01-2016 | Saat: 18:17
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Məsələ ilə bağlı istintaq işlərinə start verilib.
Ötən gün paytaxtda məktəblərin birində pedofilin olması ilə araşdırmalara başlanıb.
Xeberaz.az-in məlumatına görə, pedofilin Bakı şəhəri, Səbail rayonu 7 saylı orta məktəbdə olduğu iddia olunur.
Məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni mühafizəçini pedofiliyada günahlandırıb. Məktəbin direktoru Könül Həsənova deyilənlərə inanmadığnı bildirdi:
"Bizim məktəbdə heç vaxt belə bir hal müşayiət olunmayıb. Belə bir iddia şagirdlərdən birinin valideyninə şikayətindən sonra ortaya çıxıb. Amma sübut yoxdur. Bəlkə bu sadəcə şagirdin fantaziyasıdır. Valideyndə də günah var, çünki dərs qurtardıqdan sonra şagird evə getməlidirsə, axşamadək məktəbdə nə edir? Məsələ hazırda polis bölməsində araşdırılır. "- deyə direktor əlavə etdi.
Könül Həsənova - Səbail rayonu 7 saylı orta məktəbin direktoru
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumatdan xəbərdar olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Yaxın vaxtlarda bu barədə məlumat veriləcək.
Orxan Mansurzadə - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi
Ötən gün Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 7 saylı orta məktəbdə işləyən mühafizəçini şagirdlərdən birinin valideyni pedofiliyada günahlandıraraq, Səbail rayon polis bölməsinə şikayət edib.
Onun sözlərinə əsasən, mühafizəçi onun qızına sataşıb: "Mənim 6-cı sinifdə oxuyan qızım digər aşağı sinifdə oxuyan qızımı götürməyə məktəbə gedib. Bu zaman foyedə gözləyən qızıma mühafizəçi yaxınlaşaraq, ona seksual hərəkətlər etməyə başlayıb. Xoşbəxtlikdən qızım onun əlindən qurtula bilib", - deyə valideyn vurğulayıb.
M.Muxtarov soyadlı pedofiliyada günahlandırılan mühafizəçi Bakıda fəaliyyət göstərən mühafizə şirkətlərindən birində işləyir və şirkətin məktəblə müqaviləsi əsasında məktəbi və onun müəllim və şagird heyətini mühafizə edirmiş. Onu polis bölməsinə apararaq, dindiriblər. Lakin ona qarşı hər hansı bir sübut olmayınca həbs olunmayacaq.
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

9-07-2019, 13:21
“Şou yaratmaq istəyirlər” - Oktay Əsədov
11-07-2017, 14:09
Qarabağda məhv edilən erməni əsgərin FOTOları
16-02-2017, 20:17
Zakir Həsənov da Valeri Gerasimovla görüşdü
3-08-2023, 10:46
Bakıda qatarla maşın toqquşdu, ölən və yaralanan var
9-10-2015, 18:55
Ali məktəblərdə əlillər üçün şərait yaradılacaq
5-05-2016, 10:37
Dollar krediti olanlar üçün 8 maddəlik – Təklif
17-10-2017, 16:47
Saqqal saxlamağın 7 faydası – ARAŞDIRMA
11-05-2016, 13:37
Bakıda məktəbdə biabırçı olay
27-04-2016, 02:18
Erməni parlamentardan etiraf: Orduda ciddi problemlər var
27-10-2016, 16:41
Sabah yağış və külək olacaq