Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Valideynlərdən vaksin sənədi tələb edilir?
Tarix: 16-08-2021 | Saat: 18:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Valideynlərdən vaksin sənədi tələb edilir?


Son günlər sosial şəbəkələrdə övladı orta məktəbə və bağçaya gedən valideynlərdən COVID-19 pasportunun tələb olunması ilə bağlı məlumatlar yayılıb. 
Valideynlər onlara koronavirusa qarşı peyvənd olunmayacaqları təqdirdə övladlarının məktəb və bağçaya götürülməyəcəyi ilə bağlı təzyiqlər olunduğunu iddia edirlər. Redaksiyamıza daxil olan müraciətlərin birində Yasamal rayonunda yerləşən 94 saylı uşaq bağçasından bununla bağlı bütün valideynlərə zəng olunduğu bildirilib. Həmçinin digər məktəbəqədər təhsil müəssisələrində də valideynlərə eyni məzmunlu zənglərin olunduğu iddia edilir. 
Sadalanan şikayətlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən təhsil müəssisələrinə belə bir tapşırığın verilmədiyi bildirilib: “Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib”.
Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb və hazırda ölkədə 4 növ vaksin tətbiq olunur. Vaksinasiya prosesi könüllü xarakter daşıyır. 









Xəbəri paylaş

3248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___