Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhkəmə ​Cahangir Hacıyevin vəsatətini təmin etmədi
Tarix: 12-12-2015 | Saat: 16:59
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Məhkəmə ​Cahangir Hacıyevin vəsatətini təmin etmədi
Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb.

Xeberaz.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən C. Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, prosesə C. Hacıyevin özü də gətirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.


Xəbəri paylaş

5498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___