Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis
İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Obyekt sahibindən hədə-qorxu ilə pul tələb edən "jurnalist" saxlanıldı
Tarix: 27-09-2021 | Saat: 16:36
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
2908 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-09-2021 | Saat: 16:36
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-04-2022, 13:19
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir
5-10-2022, 10:19
Aparıcı ilə Vasif Məhərrəmli arasında gərginlik: "Rəhimin 2 milyonluq evi var" - VİDEO
2-07-2021, 01:32
Bakı klubu braziliyalı futbolçu transfer etdi
20-05-2021, 11:50
Azərbaycan əhalisinə ŞAD XƏBƏR: Yeni qaydalar hazırlanır - TOYLARA İCAZƏ VERİLƏCƏK
22-11-2018, 13:00
Yağış, qar yağacaq, güclü külək əsəcək-XƏBƏRDARLIQ
1-04-2016, 13:44
6 yaşlı oğlunu öldürən ata — "İkinci arvad kimi almışdı..."
23-07-2020, 17:40
Ağdamın işğalının 27 -ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verildi