Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyaya səs salan türk filminin prodüseri: “Bu hekayənin bənzəri yoxdur” -VİDEO
Tarix: 25-11-2017 | Saat: 11:07
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Dünyaya səs salan türk filminin prodüseri: “Bu hekayənin bənzəri yoxdur” - FOTO/VİDEO
“Bu hekayənin bənzəri yoxdur. “Oskar”ı alacağımıza yüz faiz inanıram”.
Bu sözləri “Oskar”da “xarici dildə ən yaxşı film” kateqoriyasına namizəd olan “Ayla” filminin baş prodüseri Mustafa Uslu deyib. Olduqca iddialı açıqlamalar verən rejissor “Oskar”ın “Ayla” kimi filmə ehtiyacı olduğunu da dilə gətirib:
“Hansı qurum, hansı komitə, hansı heyət bu filmi görməzlikdən gələ bilər? Bu hekayənin dünyada tayı-bənzəri yoxdur. “Ayla”nın “Oskar”a ehtiyacı yoxdur, amma “Oskar”ın “Ayla” kimi hekayəyə ehtiyacı var".
Türk kinosunun bu filmlə yeni təkan qazanacağına inandığını deyən prodüser "Serial tipli layihələr edib, kino filmi kimi bazara təqdim ediblər. Rejissoru, aktyorları, hətta operatorları da eynidir. Təəssüf ki, türk xalqının başqa seçimi olmadığı üçün bunları izləmək məcburiyyətində qalır. Göstərilən filmlərlə tamaşaçı yatırdıldı. "Ayla” isə Türk kinosuna yenilik gətirdi, yeni dövr açdı. Televiziyada gördüyünüz kinematoqrafçılar, aktyorlar və rejissorlarla təəssüf ki, kino çəkmək mümkün deyil" , - deyə bildirib.
Məlumat üçün bildirək ki, rejissorluğunu Can Ulkayın etdiyi “Ayla” filmi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Kino Təşkilatı nümayəndələrindən ibarət 17 nəfərlik məclis tərəfindən “Oskar”da “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə namizəd göstərilib.
Film 1950-ci illərdə Koreya müharibəsinə gedən türkiyəli əsgər Süleyman Dilbirliğinin kiçik bir koreyalı qıza sahib çıxması, müharibəndən sonra Türkiyəyə qayıtmaq məcburiyyətində qalan mənəvi ata ilə qızın 50 il sonra görüşdüyü gerçək və təsirli hekayədən bəhs edir.
“Ayla” 80-110 film arasında yarışacaq. Bu filmlər Akademiyanın 8 minə yaxın üzvü tərəfindən izləndikdən sonra “Oskara” namizəd olan 5 film müəyyən olunacaq.
Ekran işində İsmail Hacıoğlu, Kim Seol, Çetin Tekindor, Çetin Tekindor, Lee Kyung-Jin, Ali Atay, Murat Yıldırım və Sinem Uslu rol alıb.
Kinonun oktyabr ayında “youtube”də rəsmi fraqmanı yayımlanıb. Həmin görüntüləri 6 milyondan çox insan izləyib.
Sözügedən ekran işinin bu yaxınlarda Azərbaycanda da nümayiş olunması planlaşdırılır.
[media=https://www.youtube.com/watch?v=8PELOIYaEiw]



3418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___