Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
6 yaşlı oğlunu öldürən ata — "İkinci arvad kimi almışdı..."
Tarix: 01-04-2016 | Saat: 13:44
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

6 yaşlı oğlunu öldürən ata — "İkinci arvad kimi almışdı..."
Ağstafa rayonunun Qırlı kəndində ata 6 yaşlı oğlunu döyərək öldürüb. Hadisə yerinə gələn həkim briqadası 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevin taxta ilə döyülərək öldürüldüyünü təsdiqləyib.

"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, anasının bildirdiyinə görə, 6 yaşlı Şəmsəddin atası Famil Pərvanəyev tərəfindən döyülərək öldürülüb.

Şəmsəddin F.Pərvanəyevin qeyri-rəsmi nikahda yaşadığı Musayeva Jalə Qəhrəman qızından olan oğludur.

Verilən məlumata görə, F.Pərvanəyevin Jalə Musayevadan başqa bir ailəsi də var.

“Familin Qazax rayonunda ailə var. O, həyat yoldaşından boşanmadan, Jaləni aldadaraq onunla evlənib. Əvvəl hamı elə bilirdi ki, Famil subaydır. Sonradan məlum oldu ki, onun Jalədən başqa bir arvadı var.

Famil içki düşkünüdür. O, ötən gün evə içkili gəlib. Atası Şəmsəddini heç bir səbəb olmadan taxta parçası ilə döyüb. Uşağın bütün sümktləri qırıq-qırıq idi. Həkimlərin sözlərinə görə, Şəmsəddin başından aldığı zərbə nəticəsində ölüb”-deyə J.Musayevanın qohumları bildirib.

Qeyd edək ki, hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___