Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR
Tarix: 08-05-2021 | Saat: 11:03
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
3388 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-05-2021 | Saat: 11:03
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca cətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür.
Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə (melissa) çayı əsəblərinizi tam sakitləşdirəcək.
Sağlamlıqla bağlı nöbbəti yazıda ballınanə bitkisinin faydalarını təqdim edirik.
Ballınanə bitkisinə həm də limonotu, bədrənc, melissa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.
1. Sinir sisteminə olduqca müsbət təsir göstərir
2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir
4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir
5. Normal yuxunu təmin edir
6. Ödqovucudur
7. Həzmi asanlaşdırır
8. Ürəyin fəaliyyətini normallaşdırır
9. Orqanizmin immun sistemini gücləndirir
10. İştəhanı yaxşılaşdırır
Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.
Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.
Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə, bir fincan ballınanə çayı için. O gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə “oğul otu” deməyiblər.
Xəbəri paylaş
Digər xəbərlər
11-10-2022, 12:50
Deputatın “Kontakt Home” şirkəti Şəhid anasını MƏHKƏMƏYƏ verdi – Borcu silən şirkət yenidən PUL tələb edir
16-07-2017, 23:02
İlham Əliyev Latviyaya getdi
15-01-2019, 17:03
Leyla Əliyevanın oğlu festivalda iştirak edəcək
5-11-2018, 16:14
Maqnit qasırğası başlayıb
21-03-2016, 12:11
Şakir Abbas Murat Bozu, Demet Akalını geridə qoydu
20-07-2023, 11:35
Özündən böyük xanımları sevən ən yaraşıqlı kişi haqda BİLİNMƏYƏNLƏR - "Gümüş"lə parıldayan karyera
28-09-2015, 01:50
46 yaşlı Ceniferdən – Fotolar
14-12-2015, 21:15
Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev vəfat edib
17-08-2021, 10:50
Əməkdar artist: “Vaksinin iki dozasını da vurdurmuşdum, amma yoluxdum”