Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Zəngəzur dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək"
Tarix: 18-12-2021 | Saat: 12:13
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Zəngəzur dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) nəqliyyat üzrə 4-cü nazirlər konfransında deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatda Azərbaycanın qərb rayonlarını Naxçıvanla əlaqələndirəcək nəqliyyat dəhlizi barədə bənd yer alır.
"Bu dəhlizin yaradılması bütün regionun nəqliyyat kommunikasyasının inkişafına böyük təsir göstərəcək. Bu dəhliz təkcə Cənubi Qafqazda nəqliyyat inteqrasiyasını genişləndirməyəcək, həm də Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək", - deyə nazir bildirib.
O, ümidvar olduğunu bildirib ki, ESCAP regionda iqtisadi əməkdaşlığın təşviqində fəal rol oynayacaq.


Xəbəri paylaş

4548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___