Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev vəfat edib
Tarix: 14-12-2015 | Saat: 21:15
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev vəfat edib
Prezident nekroloq imzaladı.

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.

Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev vəfat edib.

Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla hökumət nümayəndələri bu itki ilə əlaqədar olaraq nekroloq imzalayıblar.

Mərhumun cənazəsi vidalaşmaq üçün sabah, saat 13.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaq.

Qeyd edək ki, Azər Rzayev 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərib.

Radio və Televiziya komitəsində səs rejissoru (1958-1960), M.Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972-1987) olub.

Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.

“Musiqi aləmində” silsilə televiziya və “Opera səhnəmizin ustaları” silsilə radio verilişlərin müəllifi və aparıcısı (1990 - 1993), dövri mətbuatda məqalələr müəllifi olub (1990 - 2001).

O, Azərbaycanın görkəmli opera müğənnisi Həqiqət Rzayevanın oğludur.

Allah rəhmət eləsin!



8718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___