Evdə səməni göyərtməyin düşər-düşməzliyi var?
Tarix: 11-03-2019 | Saat: 20:57
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Elimizin gözəl adətlərindən biri də səməni göyərdilməsidir.
Yazın gəlişinin, bolluğun, bərəkətin rəmzi sayılan səməni ilk çərşənbə axşamı göyərdilir, Novruz bayramı öncəsi demək olar ki bütün evlərdəki masalarda öz yerini alır.
Bu gün insanların əksəriyyəti evdə səməni cücərtmək əvəzinə hazır halda satılan səmənilərdən almağa üstünlük verirlər. Onların bəziləri hesab edirlər ki, səməni cücərtməyin düşər-düşməzliyi var. Bu səbəblə, hazır səməni almaq daha yaxşıdır.
Maraqlıdır, səməni göyərtməyin düşər-düşməzliyi ilə bağlı folklorşünaslar nə fikirləşir?
Folklorşünas Atəş Əhmədli metbuat.az-a açıqlamasında bildirir ki, evdə səməni cücərtməyin heç bir pis tərəfi yoxdur:
“Səmənin cücərdilməsi qədim dövrdə oturaq əkinçiliyə keçid dövrünü ifadə edirdi. O vaxt dəqiq təqvim yox idi, ayı, günü hesablaya bilmirdilər. Ona görə də, havaların isinməsi, yellərin əsməsi, səməninin cücərdilməsi yazın gəlişi demək idi. Səməni cücərdilməsi ancaq yaxşı əlamətdir. Onun pis heç bir tərəfi yoxdur”.
Atəş Əhmədli AMEA-nın Folklor İnstitutunun fəlsəfə doktoru Afaq Xürrəmqızının bununla bağlı yazılarından birini nümunə kimi göstərdi:
“Afaq xanım həmin yazıların birində qeyd edib ki, səmənini qoyan qadın çoxuşaqlı və sağlam olmalıdır. Çünki səməni artımın, bolluğun rəmzidir. Qədim dövrdə düşünürdülər ki, övladı olmayan, yaxud xəstə biri səməni qoyarsa, o yetişməz, ələ gəlməz. Ona görə də, çoxuşaqlı ailələrdəki xanımlar səməni cücərdərdi. Yəqin ki, düşər-düşməzliyi məsələsi bununla bağlıdır”.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

13-03-2023, 15:46
"Heç bir konsertimdə bu qədər ağlamamışdım" - Mahsun Kırmızıgül (VİDEO)
10-08-2017, 19:45
Lütfi Zadənin vəsiyyəti: Məni Azərbaycanda dəfn edin
3-12-2016, 23:01
Qara nöqtələr və sızanaqlardan azad olun
30-05-2021, 13:38
Koronavirusa görə toylar təyyarədə olacaq - TƏKLİF
19-02-2017, 16:55
Ayaqlarınız tərliyir, göbələk sizə əzab verir? - 15 qəpiklik çarə...
12-02-2021, 20:08
Putin Qod Nisanovu mükafatlandırdı
2-04-2016, 15:28
Xankəndi şəhərində gərginlik hiss olunur - VİDEO
9-02-2016, 15:18
Bakıda mobil telefonlar kəskin ucuzlaşır - SİYAHI
5-08-2016, 22:48
Ağdaşda “HUMMER” ağaca çırpıldı - Fotolar
29-03-2022, 11:02
"Üzünə "kislota" töküb səni yanıdıraram" - Sərxan Manafa bu sözləri dedi