Yaponiyanın aviadaşımalar sahəsində nəhəng "All Nippon Airways Co." (ANA) şirkəti koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar azaldığına görə yeni ailə qurmaq istəyənlərə təyyarənin göyərtəsində toy mərasiminin təşkilini təklif edir.
Bildirir ki, şirkət bu xidmət üçün Tokionun "Haneda" beynəlxalq hava limanında mayın sonlarından iyunun 13-dək böyük "Boeing-777" təyyarələrini ayırıb. Bildirilir ki, həmin müddətdə cəmi yeddi cütlüyün belə mərasim keçirməsi üçün sifariş qəbul edilib.
Toy mərasimi zamanı iştirakçılara canlı musiqi, göyərtə bələdçiləri tərəfindən yeni ailə quranlara təbrikin səslənməsi və təyyarənin tavanında qalaktikanın görüntüləri təklif edilir.
Mərasimin qiyməti barədə bildirilir ki, təyyarədə mərasimin təşkili 1,56 milyon yenə (təqribən 14 min 200 dollar) və aerovağzalın binasında şənlik 3 milyon yenə (təqribən 28 min dollar) başa gəlir.
Şirkətdən bildirilir ki, bu ideya mərkəzi hökumətin pandemiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri nəzərə almaqla toy mərasimlərinin təşkilinə şərait yaradır. Bu, həm də axşam saatlarında spirtli içkilərin satışına qoyulan qadağanı da aradan qaldırmağa imkan verir.
Qeyd edilir ki, ilk belə mərasim mayın 23-də şirkətə məxsus təyyarənin biznes salonunda təşkil edilib. Toyda ümumilikdə 30 nəfər iştirak edib.
Koronavirusa görə toylar təyyarədə olacaq - TƏKLİF
Tarix: 30-05-2021 | Saat: 13:38
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
3648 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-05-2021 | Saat: 13:38
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
16-07-2021, 11:27
"Qoymaram boşanasan" deyib qadınları aldadıb təcavüz edən molla ifşa olundu - VİDEO
22-03-2015, 00:06
Millət vəkilinin bacısı dünyasını dəyişdi.
21-02-2023, 12:06
“Narkotiki 10 manata almışdım” - “Daqqılı”nın ifadəsi
15-07-2017, 10:23
2 yaşa qədər uşaqları dənizə salmayın - PEDİATRDAN XƏBƏRDARLIQ
30-11-2015, 17:19
Sarkisyan da Ərdoğana qarşı sankiyalara qoşuldu
2-12-2015, 14:32
Bakıda qadın özünü 7-ci mərtəbədən atdı
22-06-2021, 11:20
Toy etmək istəyənlər icazəni belə almalıdır
31-03-2017, 13:31
Dövlət Komitəsi: "İlahiyyat" məscidinin bağlanacağı barədə məlumatlar həqiqəti əks etdirmir