Bakıda mobil telefonlar kəskin ucuzlaşır - SİYAHI
Tarix: 09-02-2016 | Saat: 15:18
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Manatın məzənnəsinin ikinci dəfə dəyişməsindən sonra qiymətləri kəllə-çarxa çıxan telefonlar hazırda bir qədər ucuz qiymətə müştərilərə təklif olunur.
Bakıda telefon satışı ilə məşğul olan Əli Həsənov bildirib ki, ucuzlaşma daha çox "Samsung" markalı telefonlara aiddir.
"Son bir həftə ərzində firmalar tərəfindən qiymətlər aşağı salınıb. Hazırki qiymətlər telefonların modelinə görə dəyişir. Bəzi telefonlar var ki, onların qiyməti 50-100 manatadək ucuzlaşıb. Bura "Samsung"un "A5","A3" modelləri daxildir. Əvvəl 349 manat satdığımız telefon hazırda 299 manatadır".
Satıcı Rauf Əliyev isə ucuzlaşmanın "iPhone" markalı telefonlara şamil edilmədiyini bildirib: ""İPhone" markalı telefonarda qiymətlər aşağı düşməyib, əksinə artım olub. Qiymətlər əsasən "Samsung Galaxy"lərdə aşağı düşüb. "Samsung"un 4 modelində "A5"," A3" "J7", "J5"-lərdə qiymət fərqi var. Yerdə qalan modellərin qiyməti hələlik ucuzlaşmayıb. Adlarını çəkdiyimiz telefonlar 100 manat aşağı qiymətə satılır".
Satıcının sözlərinə görə, mobil telefonların ucuzlaşması bazardakı durğunluqla əlaqədardır: "Şirkət əvvəl gün ərzində 600 mobil telefon satırdısa, indi 50 telefon satmaq olmur. Məcbur qalıb qiymətləri aşağı saldılar".
Mağaza sahibi qiymətlərin dəyişməsinin gündəlik alverə ciddi təsir etmədiyini deyib.
Satıcıların fikrincə, bazarda vəziyyət belə davam edərsə, digər telefon modellərinin də qiymətində kəskin ucuzlaşma gözlənilir.
Xəbəri paylaş
8478 dəfə oxunub.
Digər xəbərlər

10-09-2016, 14:15
Qız arzulayan atanın 13 oğlu oldu - FOTOLAR
28-06-2015, 20:00
Ermənilər unutmamalıdır ki, Rusiyasız onlar bu torpaqda yaşaya bilməz
28-04-2016, 23:18
Elxan Süleymanov səhiyyə naziri təyin edildi
23-08-2019, 15:50
Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA
28-12-2021, 12:37
İlham Əliyev Rusiyaya getdi
23-03-2017, 12:44
Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir
28-01-2020, 19:01
Bu xəstəxanalarda terminallar quraşdırıldı
22-02-2017, 19:53
Xocalının canlı şahidi: "Ermənilər oğlanın meyitini itin başına bağladılar" - VİDEO
26-06-2015, 17:37
Azərbaycan prezidentinin mətbuat katibindən AŞPA və Dövlət Departamentinə SƏRT CAVAB
8-12-2015, 15:43
"20 ildir, Yeni il axşamı evdən çıxmıram" - Burcu Esmersoy