Rusiyada oğurluq edən azərbaycanlı tutulub
Tarix: 13-07-2015 | Saat: 21:28
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
O, əvvəlcədən tanıdığı şəxsin dükanından 200 min rubl oğurlayıb.
Rusiyada 30 yaşlı azərbaycanlı oğurluğa görə həbs edilib. ANS PRESS-in məlumatına görə, o, mayın 30-da Rusiyanın federal subyektlərindən biri olan Mordaviya Respublikasının paytaxtı Saransk şəhərində geyim dükanından oğurluq edib.
Oğru iş gününün sonunda dükana girərək bir stəkan su istəyib və fürsətdən istifadə edərək çantasından bıçaq və tapançaya bənzəyən silah çıxarıb. Dükan işçisini təhdid edərək kassadan 200 min rubl götürüb (təxminən 3 min 700 manat) və qaçaraq gizlənib.
Dükanın administratorunun sözlərinə görə, o, oğurluq edən şəxslə əvvəlcədən tanış olub. Onlar əvvəllər ortaq dostları ilə birlikdə olarkən görüşüblər.
Mordaviyanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, oğurluq edəndən dərhal sonra azərbaycanlı Mordaviyanı tərk edib.
Polis onu həbs edənə qədər oğru dükandan götürdüyü bütün pulları xərcləmişdi. İndi hadisə ilə əlaqədar cinayət işi açılıb. 30 yaşlı azərbaycanlı oğurluqda ittiham edilir.
Xəbəri paylaş
6168 dəfə oxunub.
Digər xəbərlər

4-04-2022, 12:57
Ramazanda baş ağrısını dərmansız yox etməyin ÜSULLARI
24-06-2015, 11:10
Qadınlarda cinsi istəyi öldürən 8 səbəb –( Kişilər oxusun!)+18
14-09-2023, 17:00
Düşmən Naxçıvan istiqamətində təxribat törətdi
20-05-2018, 10:02
“Qrup qalibi olmaq istəyirik” – Yelizaveta Səmədova
29-12-2019, 12:57
WADA nəticələri açıqladı - AAAF dünyada "liderdir" (FOTO)
9-02-2016, 14:21
Bakıda “Milli Ön” oğurlandı
5-03-2023, 11:40
Bu bürcün qadınları ilə evlənən kişilərin bəxti gətirdi
6-01-2017, 00:28
Ət yeməyinin yanında portağal suyu için
23-05-2022, 13:32
"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY