Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadınlarda cinsi istəyi öldürən 8 səbəb –( Kişilər oxusun!)+18
Tarix: 24-06-2015 | Saat: 11:10
Bölmə:Karusel / Qadınlar / M2 / Araşdırma | çapa göndər

Qadınlarda cinsi istəyi öldürən 8 səbəb –( Kişilər oxusun!)+18

Niyə qadınlar bəzən sevdiklərini cazibədar hesab etmirlər?
Sevdiyinin fiziki görünüşündə olan dəyişiklikdənmi, yoxsa seksdəki bacarıqsızlığındanmı? Bəs sağlamlıq problemləri, ya da münasibətdə yaşanan problemlər? Bunlardan hansı cinsi istəyi azaldır?

Dünyanın ən tanınmış qadın cinsəlliyi araşdırmaçılarından olan Cindy M.Meston “Qadınlar niyə sekslə məşğul olur?” adlı kitabında cinsi istəyi azaldan 8 psixoloji səbəbi açıqlayıb. Xeberaz.az həmin səbəbləri təqdim edir.


Fiziki dəyişiklik. Çox insan üçün yataqdakı insanın fiziki görünüşü seks zamanı önəm daşıyır. Sevdiyinin fiziki görünüşündəki bəzi dəyişikliklər kişilərdə olduğu kimi, qadınlarda da cinsi cazibədarlığı azaldır. İnsanlar yaşlandıqca daha çox baş verən fiziki dəyişiklik kökəlməkdir. Bu, bəzi qadınlar üçün cinsəllik baxımından xoşagəlməz görünə bilər.


Pis gigiyena. İnsan həmişə tərlidirsə, kirlidirsə, qoxu yayırsa, üzünü təraş etmirsə, üstündən siqaret qoxusu gəlirsə, ağzından qoxu gəlirsə, seks üçün ona yaxınlaşmağı heç bir qadın istəməz.


Status dəyişikliyi. Status və varlı olmaq da bir çox qadınlar üçün cazibədarlığın qaynaqlarıdır və pul zamanla azaldıqca cinsi istək də azalır.


Seksdə bacarıqsızlıq. Cinsi təcrübəsi olmayan, ya da zamanla öyrənməyə çalışan biriylə birlikdə olmaq adamı yoraraq, seks arzusunu azalda bilər. Qadınlar üçün ön sevişmə çox önəmlidir.


Adi seks. Uzun müddətdir münasibəti olan qadınların ən çox şikayət etdiyi hal adi seksdir.


Yaşlı sevgili. Sevdiyinin cinsi funksiyalarında dəyişiklik qadının cinsi arzusunu azaldır. Sevgilisində erkən boşalma problemi varsa, seks istəyi azalır. Kişilərdə sərtləşmə problemi başlayıbsa, qadının onunla seks yaşamaq arzusu ölür.


Söz-söhbətli münasibət. Mübahisə etmək bəzən münasibətdə bağı yenidən qurmağa kömək edir. Ancaq bitmək bilməyən dava münasibəti bitirə bilər. Belə halda iki sual ortaya çıxır: “Mübahisəmi cinsi həyatı söndürüb, yoxsa olmayan cinsi həyat mübahisəyə səbəb olur?”. Əslində ikisi də doğrudur. Bəzən mübahisə seksi öldürsə də, bəzən də seks olmadığı üçün mübahisə bunun ətrafında yaşayır. Qadınlar sevdiyi ilə seks yaşmaq üçün təkcə ön sevişməyə deyil, səmimi söhbətlərə, birlikdə yaxşı vaxt keçirməyə də ehtiyac duya bilər.


Fərqli cinsi üsul: Qadın və kişi arasında cinsəlliyin mahiyyəti tam başqa olur.
Mənbə: AİLE.LENT.AZ


Xəbəri paylaş

4 5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___