Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu bürcün qadınları ilə evlənən kişilərin bəxti gətirdi
Tarix: 05-03-2023 | Saat: 11:40
Bölmə:Karusel / Qoroskop | çapa göndər



Ailə münasibətlərindən danışarkən "biriniz od olanda, o biriniz su olun" fikrindən çox istifadə olunur. Yəni, tərəflər kritik durumlarda bir-birilərinin sözlərini dinləməyi bacarmalıdırlar. Bəzən ərlər, bəzən isə qadınlar münasibətdə "su" olurlar. Bunun həmin şəxsin bürcü ilə də sıx bağlılığı var.

Həyat yoldaşının sözünü dinləyən bürclərin siyahısını təqdim edirik:

Buğa

Buğa qadınları güclü və cəsarətli olurlar. Lakin bu özəllikləri sizi yanıltmasın. Onlar həyat yoldaşlarına böyük dəyər verir, sözünü dinləyirlər. Yalnız bir şərtlə ki, ərləri də ən azı onların özü qədər cəsarətli insan olsun. Əgər qarşı cinsin nümayəndəsi cəsarətli insan deyilsə, buğa qadını, ümumiyyətlə, həmin şəxslə münasibət qurmaqdan qaçacaq.

Xərçəng

Sevdiyi zaman qarşısındakı insanı ucaldır, ona tabe olur və çox isti bir sevgi ilə qucaqlayır. Ayrılıq fikri ağlından belə keçməyib. Duyğuları səthi olmadığı üçün ona aid olduğunu düşündüyü hər şey sonsuza qədər onunladır. İşin çətin tərəfi odur ki, həssas təbiətinə görə bir dəfə qəlbini qırsanız, qabıqlarına çəkiləcəklər. Və münasibətə qaldığı yerdən davam etmək heç də asan olmayacaq.

Əqrəb

Əqrəblərdə sirli gözəlliyin dərin cazibəsi var. Hər nə qədər qısqanc və qisascıl olsalar da, sevgi onlar üçün hər şeydən önəmlidir. Əgər birini sevirlərsə, onun sözünü ürəklə dinləyir, mübahisədən qaçırlar. Ancaq əqrəblər bir yanlışa görə hər şeyə nöqtə qoya biləcək insanlardır. Əgər bu bürcün qadınına xəyanət etsəniz, o sizin ən qoruxulu düşməninizə çevrilər. İntiqamlarını almasalar, onlardan canınızı qurtara bilməzsiniz.

Balıq

Balıq qadınları üçün sevgi və romantika ilə birlikdə güvən də başlıca şərtdi. Onun kişiyə güvənirsə, onun qarşısında olmaq əvəzinə yanında olmağı seçir. Nə qədər ki balıq qadınına sevdiyinizi hiss etdirib, güvən dolu həyat yoldaşı olmağa davam etsəniz onlar sizə hörmət edib, sözünüzü dinləyəcəklər. Ancaq siz balıq qadınından soyumağa başlasansız, o bunu sizdən daha sürətlə edəcək və ailədaxili münaqişələr başlayacaq. 




Xəbəri paylaş

1478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___