Azərbaycanla bağlı PROQNOZ: Qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər
Tarix: 31-05-2018 | Saat: 11:54
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. "Hesab edirik ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə qeyd olunan istiqamət üzrə ölkə üçün fəaliyyət planının hazırlanması, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir".
Şöbə müdiri deyib ki, son 12 il ərzində ölkə əhalisinin sayı 15 faiz artaraq 2018-ci il 1 mart tarixinə 9911 min nəfər, əhalinin təbii artım göstəricisi isə əhalinin hər 1000 nəfəri üçün 8,1 nəfər səviyyəsində təşkil edib: "Doğulanların sayı hər 1000 nəfər arasında 17,5 nəfərdən 14,7 nəfərədək azalıb, ölənlərin sayı isə 6,2-dən 6,6-dək artıb. Bununla yanaşı, demoqrafik təhlillər göstərir ki, ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda 100 doğulan qıza 114 oğlan düşür. Çində bu göstərici 115,9 təşkil edir".
E.Süleymanov əlavə edib ki, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir: "1989-cu ildə hər 1000 kişiyə 1051, 1999-cu ildə 1048, 2009-cu ildə 1021 qadın düşüb. Bu gün isə ölkədə hər 1000 kişiyə 1004 qadın düşür".
ƏƏSMN rəsmisi qeyd edib ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020:Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanaraq "Azərbaycanda Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı" layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Dövlət proqramının layihəsinə əsasən, proqramın 2030-cu ilədək əhatə edəcəyi dövr ərzində ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Proqram layihəsində doğulanlar arasında cins nisbətinin aradan qaldırılması məsələsi də yer alıb.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

30-03-2017, 21:47
Sevinc Osmanqızının bacısı ondan imtina etdi - Mətn
22-04-2015, 13:29
Ziyafət Əsgərov: Gerçək soyqırım Xocalıda törədilib
24-08-2021, 11:23
Qulağınızın yanındakı bu nöqtəni sıxmaqla arıqlaya bilərsiniz
19-04-2016, 13:28
Rusiya NATO ilə görüşə gedir
10-11-2015, 14:20
"İl yarım ərimi aldatdım" - xalq artisti
3-06-2023, 11:52
Kişilərin əksəriyyəti bunu səhv edir: AYAQÜSTƏ OLMAZ…
8-05-2016, 11:39
İlham Əliyev təbrik məktubu göndərdi
7-06-2017, 00:22
Gərgin mübarizə sona çatdı - O da "Maşın"dan getdi
11-02-2017, 12:57
Qazı olmayan köçkünlərin taleyi necə olacaq? - Rəsmi açıqlama
20-10-2022, 10:01
Bu 4 bürcdə doğulanlara şad xəbər: Varlanacaqsınız