Rusiya NATO ilə görüşə gedir
Tarix: 19-04-2016 | Saat: 13:28
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Moskva Rusiya-NATO görüşündə Alyansın şərqə doğru genişlənməsi məsələsini qaldıracaq.
Xəbəraz.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, görüşün əsas təşəbbüskarı NATO olub.
Qeyd edək ki, NATO-Rusiya görüşü aprelin 20-də Brüsseldə keçiriləcək.
Rusiya NATO-nun şərqə doğru genişlənməsi siyasətinin ləğv edilməsini istəyir. Moskvanın fikrincə bu, 1997-ci ildə Rusiya ilə NATO arasında imzalanmış müqaviləyə ziddir. Moskva NATO-nun şərqə doğru genişlənməsinə daha sərt reaksiyanı 2008-ci ildə göstərib. Belə ki, Buxarest sammitində Gürcüstan və Ukraynanın Alyansa qəbul edilməsi məsələsinə müsbət reaksiya verildikdən bir müddət sonra Cənubi Osetiya konflikti qızışıb. Nəticədə Rusiya-Gürcüstan savaşı başlayıb və Cənubi Osetiya Tiflisin nəzarətindən çıxıb. Kreml xüsusilə Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin NATO-da yer almasına qarşı kəskin mövqe nümayiş etdirir.
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

6-12-2015, 15:50
Xoşbəxt Yusifzadə: Burada bir təxribat görmürəm
31-03-2016, 23:01
Alimlər nəhəng yeraltı okean tapdılar
14-01-2016, 16:54
Bakı metrosunda yeni stansiya tikilir – FOTO
4-05-2016, 18:00
Elza: “Hava gəlir başıma”
4-04-2016, 21:17
Ukrayna xalq özünümüdafiə dəstəsi: Biz Azərbaycana yardım edəcəyik!
20-05-2022, 10:51
İndi də Meymun çiçəyi virusu yayılır - Ancaq kişilər yoluxur
14-06-2022, 12:05
Vaqif Əsədov işdən çıxmasından danışdı: Telefonum susmur
13-07-2021, 13:54
Azərbaycanda qadını döyərək zorladılar: Cinsi əlaqədə olduğu vaxt fiziki işgəncə verirdi
25-06-2017, 23:11
Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü
3-10-2015, 20:47
İŞİD Rusiyaya necə zərbə vuracaq?