1-2 sot soyunmaq, kənarda qalan Üzeyir Hacıbəyli, filarmoniya rəqqasəsi Fatimə - HƏFTƏBECƏR
Tarix: 9-04-2018, 10:35 | Saat: 15:47:00
Bölmə:Karusel / Şou-Biznes / Maraqlı | çapa göndər
Jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (166-cı say) təqdim edir.

Havalar isinir, mənim də köhnə paltom heç xoşuma gəlmir. Kimdə varsa, bir günlük versin, şəkil çəkdirib qaytaracam. Çünki buradakı fotomu dəyişmək istəyirəm.
Səmra tam sürətlə soyunmağa davam edir. Hətta hərdən adama elə gəlir ki, bu qız hardasa 2-3 hektardı. Hər dəfə gündəmdən düşəndə 1-2 sot soyunur, gündəmə gəlir, işlər düzəlir. Ancaq bu, həmin Səmra deyil. Söhbət "Eurovision" təmsilçimizdən getmir. O, elə 2-3 sot idi, onu da soyundu, göstərdi, məsələ bitdi. Bu Səmra isə onu tənqid edənlərə deyib ki, "Bizim camaat "art"dan xəbərsizdir". Səhərdən Qulpqoyan dayıyla fotonu qoymuşuq qarşımıza, özümüzə bir əl qatmışıq ki.
- Ay Qulpqoyan dayı, bu art nə deməkdir axı?
- Bala, hər nə şeydirsə, bu fotoda görünmür. Nəsə dərin söhbətdi, biz bilmərik.
Müğənni Baloğlan Əşrəfovla aparıcı Elçin Əlibəyli Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində dalaşıblar. Elçin Əlibəyli iddia edib ki, guya nə zamansa Baloğlan müəllim Üzeyir Hacıbəyli haqqında xoşagəlməz sözlər işlədib. Əşrəfov da eləmə tənbəllik, deyib ki, sənin başını kəsərəm. İki gündür Üzeyir Hacıbəyli qalıb kənarda, hamı Elçin Əlibəyliylə Baloğlan Əşrəfovu müzakirə edir. Yəni, çox məsələlərdə beləyik. Mahiyyət kənarda qalır...
Aşıq Telli Borçalı efirdə aktyor Əkbər Əlizadəni masaj edib. Başqa nə deyə bilərik? Allah qollarına qüvvət versin.
Müğənni Zamiq ikinci dəfə ailə qurmağa hazırlaşır. Allah xoşbəxt eləsin. İndicə saytlardan oxuyuram ki, gələcək xanımı barədə açıqlama verib. Baxarsınız, toya bir ay qalmış deyəcək ki, mətbuat, media gəlməsin. Əslində, düz də edəcək. İntəhası, ay qardaş, bəy deməyin nədi, bəyənməməyin nədi? Bəs bu yazıqları niyə umsuq edirsən? Geninə boluna məlumat verirsən, sonra da qadağa qoyursan. Olmur axı belə...
Bundan sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına zaval yoxdur, rəqqasə Fatimə orada işə düzəlib:
"Xoşbəxtəm ki, filarmoniyanın rəqqasəsiyəm. Hər zaman çalışmışam ki, vətənimə, dövlətimə layiqli bir insan olum. Şükürlər olsun ki, istəyim reallaşdı. Buna görə xalq artisti Samir Cəfərov və prodüser Tolikə təşəkkür edirəm".
Hər kim düzüb-qoşubsa, Allah canını sağ eləsin. Bir ildən sonra alacağı fəxri adı da indidən təbrik edirəm. Ancaq maraqlıdır ki, Fatimə ora ildə neçə dəfə gedəcək?
Rahidə Baxışovayla Şəbnəm Tovuzlu da dodaq-dodağa öpüşüblər. Necə deyərlər, dodağınıza sağlıq. Yozmayın!
424 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

18-04-2015, 12:45
Zabit Səmədov Dubayda Stiv Makkinnona qalib gəldi – VİDEO
7-12-2016, 15:17
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı
19-08-2015, 01:56
Putin Qara dənizin dibinə düşdü- Fotolar+Video
25-02-2017, 13:01
Baş nazirin müavini: “Ordumuzun layiqli cavabı nəticəsində ermənilər cəbhədə törətdikləri təxribata görə peşman olacaqlar”
1-12-2016, 18:15
Astara rayonunda 15 yaşlı qız özünü güllələdi - Oğlan üçün
11-03-2017, 16:30
Kakadan Neymara məsləhət: "Adını Reymar et"
16-06-2017, 10:54
“İçerde” serialının finalı-“Olduqca hüznlü bölüm olacaq"+VİDEO
11-06-2016, 19:15
Ermənistan rejimi bununla əsl mahiyyətini göstərir - XİN
7-05-2016, 11:53
Məsciddən oğurluq edilib
19-09-2015, 23:54
Bakıda dayanacaqları zəbt edən taksilərlə mübarizə başladı - FOTO
12-04-2017, 15:11
İcra Hakimiyyəti jurnalistin evini dağıtdı - Foto
25-10-2016, 12:19
“Bank Standard”ın əmanətçiləri 319 mln. manat kompensasiya alıb
8-07-2017, 14:49
Alı Alıyev Zəhranın ailəsi ilə görüşdü
24-06-2015, 19:50
Gələn il dərslər iyunun 14-də başa çatacaq
28-03-2015, 16:06
Islamda qadın