Ana Sayfa > Karusel / Şou-Biznes / Maraqlı > 1-2 sot soyunmaq, kənarda qalan Üzeyir Hacıbəyli, filarmoniya rəqqasəsi Fatimə - HƏFTƏBECƏR

1-2 sot soyunmaq, kənarda qalan Üzeyir Hacıbəyli, filarmoniya rəqqasəsi Fatimə - HƏFTƏBECƏR


9-04-2018, 10:35. Yazar: Xeberaz
Jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (166-cı say) təqdim edir.

Havalar isinir, mənim də köhnə paltom heç xoşuma gəlmir. Kimdə varsa, bir günlük versin, şəkil çəkdirib qaytaracam. Çünki buradakı fotomu dəyişmək istəyirəm.
Səmra tam sürətlə soyunmağa davam edir. Hətta hərdən adama elə gəlir ki, bu qız hardasa 2-3 hektardı. Hər dəfə gündəmdən düşəndə 1-2 sot soyunur, gündəmə gəlir, işlər düzəlir. Ancaq bu, həmin Səmra deyil. Söhbət "Eurovision" təmsilçimizdən getmir. O, elə 2-3 sot idi, onu da soyundu, göstərdi, məsələ bitdi. Bu Səmra isə onu tənqid edənlərə deyib ki, "Bizim camaat "art"dan xəbərsizdir". Səhərdən Qulpqoyan dayıyla fotonu qoymuşuq qarşımıza, özümüzə bir əl qatmışıq ki. 
- Ay Qulpqoyan dayı, bu art nə deməkdir axı?
- Bala, hər nə şeydirsə, bu fotoda görünmür. Nəsə dərin söhbətdi, biz bilmərik.
Müğənni Baloğlan Əşrəfovla aparıcı Elçin Əlibəyli Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində dalaşıblar. Elçin Əlibəyli iddia edib ki, guya nə zamansa Baloğlan müəllim Üzeyir Hacıbəyli haqqında xoşagəlməz sözlər işlədib. Əşrəfov da eləmə tənbəllik, deyib ki, sənin başını kəsərəm. İki gündür Üzeyir Hacıbəyli qalıb kənarda, hamı Elçin Əlibəyliylə Baloğlan Əşrəfovu müzakirə edir. Yəni, çox məsələlərdə beləyik. Mahiyyət kənarda qalır...
Aşıq Telli Borçalı efirdə aktyor Əkbər Əlizadəni masaj edib. Başqa nə deyə bilərik? Allah qollarına qüvvət versin.
Müğənni Zamiq ikinci dəfə ailə qurmağa hazırlaşır. Allah xoşbəxt eləsin. İndicə saytlardan oxuyuram ki, gələcək xanımı barədə açıqlama verib. Baxarsınız, toya bir ay qalmış deyəcək ki, mətbuat, media gəlməsin. Əslində, düz də edəcək. İntəhası, ay qardaş, bəy deməyin nədi, bəyənməməyin nədi? Bəs bu yazıqları niyə umsuq edirsən? Geninə boluna məlumat verirsən, sonra da qadağa qoyursan. Olmur axı belə...
Bundan sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına zaval yoxdur, rəqqasə Fatimə orada işə düzəlib:
"Xoşbəxtəm ki, filarmoniyanın rəqqasəsiyəm. Hər zaman çalışmışam ki, vətənimə, dövlətimə layiqli bir insan olum. Şükürlər olsun ki, istəyim reallaşdı. Buna görə xalq artisti Samir Cəfərov və prodüser Tolikə təşəkkür edirəm".
Hər kim düzüb-qoşubsa, Allah canını sağ eləsin. Bir ildən sonra alacağı fəxri adı da indidən təbrik edirəm. Ancaq maraqlıdır ki, Fatimə ora ildə neçə dəfə gedəcək?
Rahidə Baxışovayla Şəbnəm Tovuzlu da dodaq-dodağa öpüşüblər. Necə deyərlər, dodağınıza sağlıq. Yozmayın!
Geri dön