Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xuntaçıların dəhşətli İŞİD planı – Türkiyədə vətəndaş müharibəsi... - VİDEO
Tarix: 12-08-2016 | Saat: 12:12
Bölmə:Karusel / Dünya / Xəbəraz TV | çapa göndər

Xuntaçıların dəhşətli İŞİD planı – Türkiyədə vətəndaş müharibəsi... - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin içindəki adamlarının əli ilə Suriya sərhədinə nəzarət edən FETÖ-nün (Fəthullahçı Terror Təşkilatı) şok İŞİD planı üzə çıxıb.

15 iyul dövlət çevrilişi cəhdi uğurlu olsaydı, Suriya sərhədindəki on minlərlə İŞİD döyüşçüsü Türkiyəyə daxil olacaqdı.

Nəşrin yazdığına görə, 2-ci Ordu Komandanı general Adəm Huduti, 5-ci Zirehli Briqada Komandiri general-mayor Murad Soysal, general-mayor Semih Terzi və general-mayor Həsən Polat tərəfindən silahlandırılacaq İŞİD-çilər ələvi məhəllələrinə hücum edəcəkdilər. Burada qətliamlar təşkil edəcək xuntaçılar ölkədə vətəndaş müharibəsinin başlanması üçün zəmin hazırlayacaqdı.

“Yeni Şafak” qeyd edir ki, FETÖ-çuların Suriya sərhədindən təmizlənməsindən sonra Suriyanın müxalif güclərinin Hələbdə Bəşər Əsədin mühasirəsini yarması diqqət çəkib.

Qeyd edək ki, daha əvvəl hazırlanan bir videoçarxda dövlət çevrilişindən sonra ölkədə baş verə biləcək hadisələr əksini tapmışdı. Mümkün hesab olunan ssenariyə görə, çevriliş cəhdi uğurlu olacağı halda minlərlə İŞİD döyüşçüsü Türkiyəyə daxil olacaq və qətliamlara başlayacaqdı. Ssenariyə görə ABŞ İŞİD-in vurmaq adı altında Türkiyənin iri şəhərlərini bombalayacaqdı

Maraqlı olacağını nəzərə alaraq həmin videonu yenidən təqdim edirik.


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
9-04-2017, 12:37 Misirdə PARTLAYIŞ

bütün xəbərlər
____ Instagram ___