Niyə insan öləndən sonra torpaqda dəfn olunmalıdır?
Tarix: 19-01-2018 | Saat: 14:53
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər
Dünya millətləri arasında ölünü dəfn etməklə bağlı müxtəlif adətlər mövcuddur. Bəziləri ölülərini yandırır və külünü də çaya, dənizə atırlar. Bəziləri qayığa qoyub dənizə yollayırlar. Bəziləri də torpağa basdırırlar.
Bir sıra millətlərdə də var ki, öləni dəfn etmir, sadəcə haradasa qoyurlar ki, qurd-quş onu yesin.
İslam dinində möminə xüsusu ehtiram və hörmət vardır ki, ölən zaman da bu ehtiram davam edir. Onu ağ libasa bürüyüb, pakizə və təmiz halda torpağa tapşırırlar. Bundan əlavə insanın torpağa basdırılmasında elə sirlər vardır ki, biz onları bilmirik.
Meyitə qüsl verilməsi ilə bağlı gələn hədislərdə oxuyuruq ki, insan ölən zaman xəlq olduğu nütfə bədənindən xaric olar. Ona görə də ona qüsl verilməsi vacibdir. Başqa hədisdə oxuyuruq ki, insan ölən zaman mələklə görüşdüyü üçün gərək pak və pakizə olsun.
İmam Sadiqə (ə) kəfənlə bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Ölülərinizi kəfənləyin və çalışın ki, yaxşı kəfən olsun. Çünki kəfən meyitə zinət verər”.
Kəfən meyitin bədənini örtər və ona ehtiramın bir növü sayılar. Qiyamət günü mümkündür ki, həmin kəfənlə məhşur olsun.
Bundan əlavə, meyitin torpağa basdırılması gigiyena baxımından lazımlı məsələdir. Belə olan halda heyvanlar ona hücum etməz.
Eyni zamanda, dəfn edilmiş yerdə müəyyən əlamətlər qoyulur ki, ölənin yaxınları gəlib onu ziyarət edə bilsinlər. (Tebyan)
Bir sözlə, meyitin dəfn edilməsi həm ehtiram, həm yaddaş, həm gigiyena – bir sözlə, bütün cəhətlərdən üstün variantdır.
(deyerler.org)
Xəbəri paylaş
1 4288 dəfə oxunub.
Digər xəbərlər

9-05-2016, 15:42
Kansler istefa verdi
5-12-2015, 21:39
“Günəşli” yatağından xilas olunanlar və itkin düşənlər – SİYAHI
4-08-2023, 16:40
Qulluqçu işlədiyi evin sahibi oldu - Film kimi olay - FOTO
10-10-2016, 13:38
Amerika Marsda şəhərlər salır
2-06-2016, 14:38
Xərçəngi bircə iynə ilə sağaldan üsul - Sensasiya
26-03-2023, 10:42
İftardan sonra mütləq bunu etməlisiniz - ƏKS HALDA...
12-06-2017, 19:33
"Mənə deyirlər ki, bizi Türkiyədə biabır edirsən" - Məlahət Abbasova
28-02-2022, 12:59
Bakıda kişi arvadını öldürdü, qaynı və qaynanasını bıçaqladı
28-08-2017, 10:53
Klaviaturadakı bu düymələr nə işə yarayır?