Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
VALİDEYNLƏRİN NƏZƏRİNƏ: I sinfə qəbulla bağlı vaxt başlayır - DƏQİQ TARİX
Tarix: 16-06-2017 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər





 
Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi yekunlaşıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, elektron sənəd qəbulunun II mərhələsinə iyunun 20-dən start veriləcək.
Qeyd edək ki, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib.
Hazırda I sinfə qəbul prosesində I mərhələdə elektron qeydiyyata alınmış ərizələrin emalı prosesi gedir. Emal zamanı I mərhələdə qeydiyyatdan keçmiş, amma sənədlərini iyunun 14-nə kimi məktəbə təqdim etməyən şəxslərin sorğuları sistemdən silinir.
 
Bildirək ki, ikinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.azelektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun -18 sentyabr tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.
Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
 



 



Xəbəri paylaş

5278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___