Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Amerika Marsda şəhərlər salır
Tarix: 10-10-2016 | Saat: 13:38
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Amerika Marsda şəhərlər salır

Mərkəzi ABŞ-da yerləşən SpaceX adlı kosmos araşdırmaları şirkəti “Marsın kaloniyalaşdırılması”na kömək edəcək planını ictimaiyyətə açıqlayıb.

SpaceX-ın Meksikanın Qvadalahara şəhərində keçirilən Beynəlxalq Astronomiya Konfransında danışan qurucusu Elon Mask hazırkı fəaliyyətlərini sürətləndirərək bu məqsədə xidmət edəcək bir raket sistemi təkmilləşdirməyi planlaşdırdıqlarını deyib.

SpaceX NASA-nın (Milli Aeronavtika və Kosmos İdarəsi) Aya göndərdiyi “Saturn 5”-dən daha böyük bir raket göndərmək istəyir. “Saturn 5”-i 1961-1976-cı illər arasında NASA Aya göndərmişdi.

Elon Mask istehsal etməyi planlaşdırdıqları raket motoru ilə Marsa 80 günə getmək mümkün olacağını, müəyyən müddət sonra bu vaxtın 30 günə qədər düşə biləcəyini deyib.

Biletin qiyməti 200 min dollar

Elon Maska görə 2022-ci ildəki pilot səfərindən sonra Marsa insan aparan kosmos uçuş aparatları 2024-cü ildə istifadəyə veriləcək.

Bu nəqliyyat vasitəsi Yerin orbitində və Marsın səthində metan və oksigen ilə işləyəcək.
100 nəfərlik qruplarla Marsa getmək istəyənlər 200 min dollar ödəyəcəklər. Bu məbləğ zamanla 140 min, hətta 100 min dollara düşəcək.

Elon Mask proyektin təkmilləşdiriləcəyini və Marsın koloniyalaşdırılması nəticəsində orda 1 milyon insanın yaşaya biləcəyini deyir. Amma onu da əlavə edir ki, bu proses 100 ilə tamamlana bilər.


Xəbəri paylaş

6778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___