Zeytun yarpağı dəmləməsinin içilməsi bu baxımdan yaxşı təsir edəcək. Həmçinin, zeytun yarpağı bağırsaqdakı zərərli bakteriyaların məhv olmasına faydalıdır. Evdə hazırlanan qatıq, pendir, turşu, sirkə kimi qidaların tərkibindəki faydalı bakteriyalara yaxşı təsir edər.
Hazırlanması:
Qurudulmuş zeytun yarpağı toz halına salınır.
1 kasa qatıq, 1 ovuc çiy badam, qoz, fındıq (hansı varsa) xırdalanır.
Darçın 0.5 ç.q üyüdülmüş zeytun yarpağı ilə qarışdırılır.
Bu qarışığı 21 gün yeyib 1 həftə fasilə vermək olar. Axşam yeməyində acsanız, şorba içə bilərsiniz.
Bu qarışıq aclıq və şirniyyat istəyini aradan qaldıracaq.