Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BU GÜN - İlin ilk Ay tutulması olacaq
Tarix: 11-02-2017 | Saat: 01:38
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

BU GÜN - İlin ilk Ay tutulması olacaq
Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından Publika.az-a verilən məlumata görə, elm adamları bununla bağlı xəbərdarlıq ediblər.
Alimlərin xəbərdarlığına görə, "45P/Honda-Mrkos-Pajdusakova" (qısa olaraq - 45P) adlanan kiçik komet Yerə yaxınlaşır. Fevralın 11-də o, Yerə ən yaxın məsafədə olacaq (11,909,145.6 km) və hava şəraitindən asılı olaraq, binokl və kiçik teleskoplar vasitəsilə belə müşahidə edilə biləcək.
Günəş radiasiyası kometin buzlu nüvəsini qızdırdıqca, parıltılı qaz şırnaqları kometin yaşıl atmosferinə püskürülür. Kometin buxarlanan nüvəsi (“başı”) diatomik karbon (C2) şüalandırdığından, onun atmosferi də yaşıl rəngdə görünür.
Kiçik Planetlər Mərkəzinin məlumatına əsasən, 1950-ci illərdən bəri ilk dəfə, müasir texnologiyaların müşahidələrdə istifadə olunduğu erada bu, hər hansı bir kometin Yerə səkkizinci ən böyük yaxınlaşmasıdır. Bu isə Yerlə Ay arasındakı məsafədən təqribən 31 dəfə uzaqdır.
Kiçik ölçüsünə baxmayaraq, kometin Yerə yaxından keçməsi onun daha parlaq görünməsinə səbəb olur. Hesab olunur ki, bu həftənin sonunda, dan yeri sökülməzdən qabaq, 45P kometi səmada adi gözlə görünə biləcək (6-cı maqnitudlu) parlaqlığa malik olacaq. Onu müşahidə etmək üçün ən əlverişli vaxt fevralın 9-dan 12-dək Günəş çıxmazdan qabaq alaqaranlıq saatlardır. Komet səmanın şərq hissəsində Herkules bürcünün qarşısından “üzüb” keçəcək, həvəskar və peşəkar astronomlar üçün şəkillər çəkmək fürsəti yaranacaq.
Bu gün Ay tutulması Günəş, Yer kürəsi və Ayın bir xətt üzrə düzülməsi, yəni Yerin Ay və Günəş arasında olduğu an baş verəcək. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda isə yarımçıq tutulur. Təbiət hadisəsini Avropa, Afrika və Qərbi Asiya sakinləri müşahidə edə biləcək.
Xatırladaq ki, Ay tutulması Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimumda olacaq, saat 06:51-də başa çatacaq. Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___